Xəbər lenti
Afaq Bəşirqızının Rasim Balayevin sərt sözlərinə münasibəti: “Yeni doğulmuş uşaq…”
Xalq artisti Afaq Bəşirqızı komediya filmlərini bəyənmədiyini deyən həmkarı Rasim Balayevin fikirlərinə münasibət bildirib.
Manevr.az publika-ya istinadən xəbər verir ki, aktrisa Azərbaycan kinosunu yeni doğulmuş uşaq adlandırıb:
“Kino sahəsində çalışan hər kəs Azərbaycan Kinostudiyasının hazırda hansı vəziyyətdə olduğunu gözəl bilir. Odur ki, əsas mənbəni nəzərə almaq lazımdır. Keyfiyyətli filmlər harada və necə çəkilsin?
Kommersiya filmləri haqqında ümumi ictimai rəy kimi danışmaq mənim üçün çətin məsələdir. Hər halda o, kino sahəsini məndən qat-qat yaxşı bilir. Çünki Rasim bəy sırf kino aktyorudur. Yəqin ki, onun bu fikri bildirməkdə bir əsası var”.
Xatırladaq ki, Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun son vəziyyəti ilə əlaqədar olaraq bunları demişdi:
“Bütün sahələrdə, o cümlədən “Bozbash Pictures” tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir. Nə iş, nə yaxşı rejissor, nə film çəkən, nə də yazan var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar