Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib - FOTOLAR

Tarix: 24-12-2018 14:37     Baxış: 3386 A- / A+
Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib


Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Raspublikasının Xalq artisti, Əməkdar İncəsənət xadimi, bəstəkar Arif Məlikovun 85 illiyi münasibətilə müasir bəstəkarların əsərlərindən ibarət konsert keçirilib. Tədbirdə məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagird və müəllimləri musiqi nömrələri ifa ediblər. Konsertdə Arif Məlikov, Xəyyam Mirzəzadə, İlham Abdullayev, Ramiz Mirişlinin və məktəbin yetirməsi, bəstəkar Ceyhun Allahverdiyevin əsərləri səslənib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon Nümayəndəliyi, Mahmudlu Kənd Tam Orta məktəbi, Süleyman Rəhimov adına ədəbi birlik və Mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə Qubadlı rayon Mədəniyyət evində şair Ədalət Nicatla görüş keçirilib. Tədbirdə Mahmudlu kənd Tam Orta məktəbin şagirdləri şair Ədalət Nicatın şeirlərini söyləyiblər. Sonra “Bərgüşad” qəzetinin baş redaktoru və “Sözün sehri” qəzetinin təsisçisi Qafqaz Əvəzoğlu, Mahmudlu kənd Tam Orta məktəbinin direktoru Mahir Sarıyev, MKS-nin direktoru Müşginaz Muradova, Mahmudlu kənd Mədəniyyət evinin direktoru Ziba İbrahimova çıxış edərək şair Ədalət Nicatın yaradıcılığı haqqında geniş məlumat verib, şeirlərini ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib
Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar