Xəbər lenti
“Gənc yazarların Mirzə Şəfi məclisi”nin növbəti toplantısı keçirildi -Yeni layihə davam edir.
Manevr.az xəbər verir ki, Azərbaycan ədəbi mühit tarixində ilk dəfə 15 dekabr 2018-ci il tarixində M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında “Gənc yazarların Mirzə Şəfi məclisi”nin növbəti – 2-ci toplantısı keçirildi. Məclisin sədri, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova məclis üzvlərini və bütün qonaqları salamladı. Məclisdə Teymur Elçinin, Xanımana Əlibəylinin şeirləri səsləndi. Daha sonra uşaqlar birlikdə həmin şeirlərdən parçalar əzbərlədilər.
Gənc yazarlar sənət məclisinə toplaşaraq, yazdığı yeni əsərlərini məclis üzvlərinə təqdim etdilər. Məclisin fəal üzvü Sadiq Nəbili tanınmış uşaq yazıçısı İlyas Tapdığın anım gününə həsr etdiyi şeiri məclis üzvlərinə və qonaqlara təqdim etdi.
Kitabxananın istedadlı oxucusu Suğra Kərimli “Yeni il”, “Saat” şeirlərini və “İnsan əzalarının mübahisəsi” fantastik hekayəsini məclisin sədrinə təqdim etdi. Oxucu Leyla Səlimova yazdığı “Həyat yaşamağa dəyər”, “Hər şey zamanında gözəldir”, “Kaş ki...” hekayələri səsləndirdi. Oxucular, gənc “qələm sahibləri” Aydan Quliyeva hamıya maraqlı gələn satirik və ibrətamiz “Oğruçu Əhməd” hekayəni, Tünzalə Məmmədova “Ana tövsiyəsi” hekayəsini və “Gülzar”, “Bənövşə” şeirlərini oxudular.
“Bənövşə” (ixtisarla)
Yazda açırsan, Ətir saçırsan, Yerin dağ, meşə, Gözəl Bənövşə!
Əli Məmmədovun yazdığı “Nənə və nəvə” hekayə və “Torpaq” şeir maraqla dinlənildi. Oxucular Röya Rəsulzadə “Moruq mürəbbəsi” hekayəsini, Səlim İbrahim “Dostluğun gücü” nağılını, “Azərbaycan” şeirini, “Mikayıl Müşfiq” inşa-yazını, Nigar Xəlilova Mikayıl Müşfiqin “Dilənçi” şeirinə nəzirəni, Sona Əhmədli “Gözəl dünya” şeirini və “Nənə, nəvə və üç toyuq” nağılını məclis üzvlərinə təqdim etdilər.
Sonra müzakirələr başlandı, gənc yazarlara dəyərli məsləhət və tövsiyələr verildi.
Məclisin sonunda sədr gənc yazarlara məlumat verdi ki, Xalça muzeyi gənc istedadlara dəstək olmaq məqsədilə məclisin növbəti toplantısını bu muzeydə keçirilməsini təklif edib. Təklif gənc yazarlar tərəfindən böyük maraqla qarşılandı.
Sonda məclisin sədri Gülzar İbrahimova (Gülzar nənə) “Sehirli dünya” jurnalı və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi adından gənc istedadları qarşıdan gələn Yeni – 2019-cu il münasibəti ilə təbrik edərək, onlara hədiyyələr təqdim etdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar