Xəbər lenti
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi -Polis Akademiyasında
Manevr.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir təşkil etdilər.
Tədbirin əvvəlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün qarşısına tər güllər qoyuldu.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru, polis general-mayoru Nazim Əliyev açaraq, bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli 2018-ci ilin “Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi haqqında” Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan olunmuşdur. Bununla bağlı Polis Akademiyasında tədbirlər keçirilmiş, mühazirələr dinlənilmişdir. N.Əliyev qeyd etdi ki, AXC-nin Azərbaycan tarixində müstəsna yeri vardır. 100 il bundan öncə Azərbaycanda demokratik ənənələrin təməli qoyulmuş, bir çox qanunlar qəbul edilmiş, Azərbaycan dünya birliyinə inteqrasiya etmişdir. Nazim Əliyev Polis Akademiyasına dövlət qayğısından söhbət açmışdır.
Ulu öndər Heydər Əliyevin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əsas məruzə ilə Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan Xalq Cumhuriyyətinin yubileyinin ilk dəfə dövlət səviyyəsində təntənəli qeyd edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məruzədə İstiqlal Bəyannaməsindən, AXC-nin Parlamentinin fəaliyyətindən məlumatlar vermiş, AXC-nin dövlət atributlarından geniş söhbət aparılmışdır.
Tədbir iştirakçılarını tanınmış uşaq yazıçısı Gülzar İbrahimova salamlamış, onlara “Bayrağımın ad günündə”, “Oğul dedi mənə Vətən” və “Üç nəsihət” şeirlərini oxumuşdur.
Yubiley tədbirində “AXC-nin görkəmli ictimai, siyasi və dövlət xadimləri” adlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı, Azərbaycan Milli Konservatoriyası nəznində Musiqi Kollecinin tələbələri Beynəlxalq muğam müsabiqəsinin laureatı, Dünya dialoq forumunun təmsilçisi xanəndələr Cəlal Əliyev və Rövlan Hacıyevin ifalarında “Şuşanın dağları”, Qarabağla bağlı “Segah” təsnifi, “Azərbaycan oğluyam” mahnıları səsləndi. Onları tarda Cəlil Həziyev, kamançada Seyid Abbasov, nağarada Səid Cabbarlı müşayiət etdi.
Polis Akademiyasına AXC-nin 100 illiyinə, Ulu öndərin anım gününə və Akademiyaya həsr olunmuş interaktiv plakatlar (https://www.thinglink.com/scene/1128040452402970625, https://www.thinglink.com/scene/1126192329611280385?fbclid=IwAR36Z9Wme0PKFfriQF_UqU9d2BLa_G__bWqJRN7grTCr-DslpY1R8Ett1Lw, https://www.thinglink.com/scene/1128686475290869761), habelə “Prezident İlham Əliyev və mədəniyyət (2013-2018)” iki cildlik toplu, vətənpərvərlik mövzusunda CD disklər və kitablar hədiyyə edilmişdir.
Tədbirdə AXC-nin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi və stend nümayiş olundu.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar