Xəbər lenti
Xalq artisti akademiklə razılaşmadı
Azərbaycan teatrında aktyor potensialı həmişə yüksək olub. Ötən əsrin 50-80-ci illərində Azərbaycan teatrı istər dramaturgiya, istər rejissura, istər aktyor ifası baxımından ən mükəmməl vəziyyətdə idi.
Manevr.az xəbər verir ki, bunu görkəmli sənətkar, Xalq artisti Ramiz Məlik akademik Nizami Cəfərovun saytımızdakı müsahibəsində səsləndirdiyi “Azərbaycanda aktyor işi zəifdir” sözlərinə münasibət bildirərkən deyib.


O qeyd edib ki, nəsillərin dəyişməsi, dramaturgiyanın zəifliyi, peşəkar rejissuranın olmaması, şübhəsiz ki, aktyor sənətinə də öz təsirini göstərəcək.
“Aktyor, yaradandır! Ona verilən material mükəmməldirsə, o, əzmkarlıq göstərib, ortaya bir şey qoyacaq. Hazırda bir-iki dramaturq, bir-iki peşəkar rejissorlarla teatrı istənilən səviyyəyə çatdırmaq mümkün deyil.
Azərpaşa Nemətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Vaqif Əsədov, bunlar peşəkar rejissorlar kimi bacardıqları qədər vəziyyətdən çıxmağa çalışırlar. Eyni zamanda, vaxtı ilə aktyora, tamaşaya, rejissor işinə görə tamaşaçılar teatra axın edirdilər.
Mən onunla razı deyiləm ki, tamaşaçılar sosial dəbə görə teatra gəlirdilər. Tamaşaçılar teatra öz mənəviyyatını zənginləşdirmək, dünyagörüşünü artırmaq, mənəvi qida almaq üçün gəlirdilər. Həm də teatrların yükşəlişi təkcə teatrlardan asılı deyil, ictimaiyyətin teatrlara qayğısı yüksək olmalıdır. Teatrları xalq, dövlət qorumalı, onların inkişafı üçün əməli tədbirlər görməlidirlər”, - deyə Xalq artisti əlavə edib./oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar