Xəbər lenti
“Məcməyi-Şura” və “Vahid" ədəbi məclisinin növbəti yığıncağı keçirilib
Manevr.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 138 yaşlı “Məcməyi-Şura” və 17 yaşlı “Vahid ədəbi məclisi”nin növbəti toplantısı keçirildi.
Məclisi Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri, ELNİT Beynəlxalq Assosasiyasının İdarə Heyətinin üzvü Lətifə Məmmədova açaraq, bildirdi ki, Azərbaycanın ədəbi həyatı cəmiyyətin və ziyalıların daim diqqət mərkəzindədir. Müasir dövrdə yaranan şeir, qəzəl, poemalar gələcək nəsillərə miras qaldığı üçün bu məsələyə həssaslıqla yanaşılır. Ədəbi mühit dövlətin diqqət mərkəzindədir.
Sonra söz “Məcməyi-Şura” məclisinin sədri tarix elmləri doktoru, professor, AMEA-nın Tarix institutunun şöbə müdiri, qəzəlxan Şahin Fazilə verildi. Məclisin ədəbiyyata verdiyi töhfələrindən danışaraq, məclisə toplanmış şairləri təqdim etdi, onların yaradıcılığından söhbət açdı.
Məclis üzvü texnika elmləri doktoru, professor, şair Əli Ələmi milli qəzəl formasından maraqlı söhbət apardı və yeni yazdığı “Pıçıldaş mənimlə çiçək dilində” şeiri təqdim etdi. Əli Ələmi yazdığı qəzəllərdə milli ruha çox böyük önəm verir, əruz vəznində yazdığı əsərlər çox uğurludur. Onun söylədiyi “Bir yerdə”, “Əsirdi”, “Məhəldə qoymur otellər bir anlıq ahımıza” insanların qəlbinə təsir edərək, onları ruhlandırır, mənən ucaldır.
Satirik-şair Həmzə Həqqani qeyd etdi ki, o, mexanikanı çox sevir. Və onun qəzəllərində bu əks olunur. Onun ifasında məclisdə bir neçə qəzəl və rus dilində komik şeir “Жизнь – простокваша” söyləndi. Həqqaninin “Yar mənim”, “Aləmi xoşbəxt eləyim” maraqlı söhbətlərin əsasını qoydu və məclisə rəngarənglik qatdı.
Rəssam-şair satirik şeirlərin müəllifi Bəxtiyar Nəqqaş “Adamın adamı” şeirini ifa etdi. Və şeir maraqlı diskussiyaya səbəb oldu. Daha sonra şair “Qanmayacaq”, “Dəli divanələrin”, “Acizəm”, “Yaxşıdır” , “Sən atmadınmı?”, “Səni neynirəm”, “Biri” şeir və qəzəllərini söylədi.
Tanınmış uşaq yazıçısı və şair Gülzar İbrahimova “Anamın portreti” mənzum şeirini söylədi. Onun “Yağış pəncərəmdə” şeiri çox böyük maraqla qarşılandı.
Şair-aktyor, nasir Şahin Nəsirov Azərbaycan və rus dillərində son ayda yazdığı şeirləri oxuyaraq, onların müzakirə etməyini xahiş etdi.
İsmayıl bəy Qutqaşınlının nəvəsi, rəssam-yazıçı, şair Xanlar Qutqaşınlı şeirlər söylədi. Onun söylədiyi “Sirr” qəzəli böyük maraqla qarşılandı. O, son dövrlərdə yazdığı “Tənhalıq”, “Çəkir”, “Dünyanın üstünə yeriyir şəhər”, “Həsrət”, “Süvari” şeir və qəzəllərini müzakirə üçün təqdim etdi.
“Vahid ədəbi məclisi”nin sədri tanınmış jurnalist Hacı Rafiq İsmayılov bu məclisin yetirmələrindən danışdı. Məclisin ədəbi mühitə verdiyi töhfələrlə məclis iştirakçılarını tanış etdi.
Manaf Yetim Qacarın söylədiyi “Bu axşam Şuşanı yuxuda gördüm” şeirindən sonra məclis üzvləri və qonaqlar Qarabağın təbiəti, onun tarixi və mədəniyyəti haqqında maraqlı faktlar söylədilər. Şairin “Azərbaycan bayrağı” şeiri gənclərdə vətənpərvərlik ruhunu aşılamaq məqsədilə yazılıb və məclis üzvləri tərəfindən çox bəyənildi. Hacı Rafiq İsmayılov şair Manafın poeziyasını qeyrət və vətənpərvərlik poeziyası adlandırdı.
Texnika üzrə fəlsəfə doktoru, qəzəlxan Yasin Xəlil Azərbaycan ruhunda yazılmış müasir qəzəllərlə məclis üzvlərini tanış etdi. Onun “Var”, “Sərlövhə kimi”, “Göyərir” qəzəlləri dünyanın qlobal problemlərinə toxunur.
Məclisi yekunlaşdıran şair-qəzəlxan Şahin Fazil “Bir daş altda, bir daş üstdə”, “Dadlı acı”, “Bıçaq göyərərdi gömgöy”, “Buralar şeir oxumur” (Ramiz Qusarçaylıya həsr olunmuş), “Ölək görək başımıza nə gələr”, “Dünya ilə dava-dava oynayır” şeirlərini söylədi. O, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya yeni nəşr olunan “Doğruya doğru” kitabını hədiyyə etdi.
Məclisdə səslənən bir neçə şeir oxuculara təqdim edilir. http://yasamal.cls.az/front/files/libraries/81/documents/313924685.pdf
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar