Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ədəbi mühit tarixində ilk uşaq və yeniyetmələr ədəbi məclisi yarandı

Tarix: 01-12-2018 21:16     Baxış: 2524 A- / A+
Azərbaycanın ədəbi mühit tarixində ilk uşaq və yeniyetmələr ədəbi məclisi yarandı


Manevr.az xəbər verir ki,“İstedadlı gənc yazarlara dəstək” lahiyəsi həyata keçirilir

Bu gün 2018-ci ilin 01 dekabr tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında Azərbaycan ədəbi mühitində ilk dəfə olaraq uşaq və yeniyetmələr üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” yaradıldı və onun ilk toplantısı keçirildi.

Məclisin sədri tanınmış uşaq yazıçısı, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova açaraq, qonaqları salamladı.

Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsinin sədri, tarix doktoru Lətifə Məmmədova çıxış edərək bildirdi ki, ədəbi məclisin yaradılmasında əsas məqsəd – istedadlı uşaqları, yeniyetmələri aşkar edib, onları ədəbi mühitə uyğunlaşdırmaq və istiqamətləndirməkdir.

Məclisin ilk iclasında görkəmli tarixçi, professor, şair, “Məcmueyi-Şüəra” ədəbi məclisinin sədri Şahin Fazil çıxış edərək, məclis üzvlərinə yaradıcılıq uğurları arzuladı.

İstedadlı şairə, uşaq yazıçısı, müasir dövrdə tanınmış qadın – qəzəl ustası Gülarə Munis uşaqlara və onların valideynlərinə dəyərli məsləhətlər verdi, çoxlu mütaliə etməyi tövsiyə etdi.

“Mirzə Şəfi Vazeh ədəbi məclisi”nin ilk yığıncağında iştirak edən on yeddi istedadlı uşaq və yeniyetmə şeir, nağıl və hekayələrini məclis üzvlərinə təqdim etdilər. Onların arasında: Əli Məmmədov “Dost dar gündə tanınar” (hekayə), “Azərbaycan” (şeir), Kərimli Suğra “Ozon qatı” (hekayə), “Saat” (şeir), Yusif Sadıqlı “Yay tətilində bir gün” (hekayə), Əli Musatkin “İtlərin dostlugu” (hekayə), İlqar Allahverdiyev “Heyvanların qəhrəmanı” (hekayə), Məhəmməd Abbaszadə “Vətən” şeir, Məmmədova Tünzalə “İki dost” (hekayə), Rəsulzadə Röya “Nənənin səhvi” (hekayə), Xəlilova Nigar “Müəllim” (şeir), Məlikova Ləman “Ləman-Fatimə” (şeir), Sadiq Nəbili “Körpəmin ruhuna” (şeir), “Xan əmi” (şeir), Əhmədli İlkin “Azərbaycan” (şeir), İbrahim Səlim “Valideynlər həmişə düzünü deyir” (hekayə), Azayeva Lamiyə “Üç qardaşın xoşbəxt həyatı” (hekayə), Mahmudzadə Leyla “Vətən haqqında” (esse), Quliyeva Aydan “Xeyrxağlıqla zəngin olmaq” (hekayə), Mehdizadə Duyğu “Vətən” (hekayə).

“Mirzə Şəfi Vazeh ədəbi məclisi”nin ilk toplantısında “Buta” ansamblının ifasında musiqi nömrələri səsləndi (xanəndə Rəna Qafarova, tarzən Ozal Məmmədxanlı, kamança ifaçısı Elman Ələkbərli).

Ustad yazıçı və şairlər Şahin Fazil, Gülzar İbrahimova və Gülarə Munis uşaqların, bütün məclis iştirakçılarının böyük marağına səbəb olan şeirlərini ifa etdilər.

Geniş ictimaiyyəti və yaradıcı ziyalıları məlumatlandırmaq məqsədi ilə ARB Günəş TV uşaq kanalı tərəfindən kitabxanada çəkiliş aparıldı, istedadlı uşaqlardan müsahibələr götürüldü.

Tədbirin sonunda bütün iştirakçılara kitablar hədiyyə edildi.

Azərbaycanın ədəbi mühit tarixində ilk uşaq və yeniyetmələr ədəbi məclisi yarandı

Azərbaycanın ədəbi mühit tarixində ilk uşaq və yeniyetmələr ədəbi məclisi yarandı
Azərbaycanın ədəbi mühit tarixində ilk uşaq və yeniyetmələr ədəbi məclisi yarandı
Azərbaycanın ədəbi mühit tarixində ilk uşaq və yeniyetmələr ədəbi məclisi yarandı



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar