Xəbər lenti
“Rus dili klubu”nun növbəti dərsində maraqlı insanlar iştirak etdilər
Manevr.az bildirirki, 30 noyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının nəzdində fəaliyyət göstərən “Rus dili klubu”nun növbəti dərsi keçirildi.
Dərsdə “Maraqlı insanlarla görüş” lahiyəsi çərçivəsində kitabxananın fəal oxucusu, təqaüddə olan ibtidai sinif müəlliməsi Tamilla Bağırova və uşaq yazıçısı Gülzar İbrahimova və tanınmış muğam ustası, xanəndə Maya Cəbrayılova iştirak etdilər.
Qocaman müəllimə Tamilla Bağırova dərsə dəvət olunan uşaq, müəllim və valideynlərə uşaqların ibtidai tərbiyəsindən, onları əməyə yiyələndirilməsindən, uşaqlara qayğı və diqqət göstərməkdən söhbət açdı. Yazdığı şeirləri səsləndirdi, çoxsaylı suallara cavab verdi.
Uşaq yazıçısı Gülzar İbrahimova uşaq və valideynlərə mütaliə vərdişlərindən danışdı. O, uşaqlar arasında sorğu keçirərək onları maraqlandıran mövzuları öyrəndi.
Xanəndə Maya Cəbrayılova “Ana” mahnısını ifa etdi.
Sonra MKS-in direktoru Lətifə Məmmədova rus dili dərsini apardı və uşaqlara ev tapşırıqları verdi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar