Xəbər lenti
“Azərbaycan səhnəsinin ustadı” -Tanınmış aktyor Abbas Mirzə Şərifzadənin 125 illiyinə həsr olunmuş tədbir
Manevr.az bildirir ki, Bu gün, 30 noyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin əməkdaşları və fəal oxucular Yasamal rayon A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə iştirak etdi.
Tədbirdə tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri professor İlham Rəhimli, Xalq artisti Azər Paşa Nemətov, görkəmli ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Əsəd Cahangir, Xalq artisti, Gənc Tamaşaçılar Teatrının sabiq baş rejissoru Ağakişi Kazımov, Xalq artisti Hacı İsmayılov, Xalq artisti, Dövlət Pantomima Teatrının direktoru Bəxtiyar Xanızadə və başqaları iştirak etdilər.
Tədbiri giriş sözü ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açaraq, bildirdi ki, son 10 ay ərzində Yasamal rayonunda böyük quruculuq işləri aparılıb, rayon günü-gündən abadlaşır, rayonun ərazisində çoxlu ali məktəblər, Milli Elmlər Akademiyasının bir çox institutları yerləşir. O, qeyd etdi ki, bu yaxınlarda İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Akademik Milli Dram Teatrında rayon ziyalıları tamaşaya baxdılar. Sonra o, A.M.Şərifzadə haqqında qısa məlumat verərək bildirdi ki, rayonun ərazisində aktyorun adını daşıyan küçə və Mədəniyyət Mərkəzi də vardır.
Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli elmi araşdırmalarından danışaraq, qeyd etdi ki, A.M.Şərifzadə novator-aktyor olub. Onun təklifi ilə istedadlı insanlar Xarkov və Moskvaya oxumağa göndəriliblər. İ.Rəhimli qeyd etdi ki, Həştərxanda teatrın əsasını azərbaycanlılar qoyub. Simferopol, Oş, Buxara, Səmərqənd, Aşqabad teatrlarının yaranması da azərbaycanlılarla bağlıdır. Professor İ.Rəhimli qeyd etdi ki, 1921-1937-ci illərdə A.M.Şərifzadə 7 dəfə H.Cavidin “Şeyx Sənan”
dramasında baş rolu ifa edib. Onun bir çox uğurlu rollarından danışaraq, “İblis”, “Topal Teymur”, “Aydın”, “Od gəlini” və başqa tamaşaları qeyd edib. İlham Rəhimli A.M.Şərifzadəni “böyük rejissor” adlandırıb.
Xalq artisti, professor Ağakişi Kazımov qeyd edib ki, A.M.Şərifzadə 1938-ci ildə güllələndi. Lakin o, Mirzəağa Əliyevdən, Mərziyə Davudovadan, Ağasadıq Gəraybəylidən A.M.Şərifzadə haqqında çox maraqlı məlumatlar eşidib. O, A.M.Şərifzadə apardığı iclaslardan danışdı, aktyoru bənzərsiz bir insan kimi tədbir iştirakçılarına təqdim etdi və qeyd etdi ki, o, bütün aktyorların müəllimi olub. Çox geniş diapazona malik olub: aktyor, rejissor, tərcüməçi, pyeslərin müəllifi, kino rejissoru və s.
Xalq artisti, AzərbaycanTeatr Xadimlərinin sədri Azər Paşa Nemətov professor İlham Rəhimlinin yorulmaz əməyini qeyd edərək, bildirdi ki, İ.Rəhimli A.M.Şərifzadə ilə bir çox sənədlər araşdırıb üzə çıxara bilmişdir. O, qeyd etdi ki, atası Zəfər Nemətov və Mehdi Namazov A.M.Şərifzadənin tələbələri olublar. O, böyük sənətkarın C.Cabbarlının həyatında rolundan danışdı və bildirdi ki, Azərbaycan Akademik Milli Dram Teatrında kiçik səhnə var və həmin səhnə A.M.Şərifzadənin adını daşıyır. A.P.Nemətov Mərziyə Davudova haqqında da maraqlı faktlar açıqladı.
Xalq artisti aktyor Hacı İsmayılov A.M.Şərifzadəni teatrımızın işığı adlandırdı. “Yaşıl eynəkli adam” filmindən maraqlı fraqment söylədi.
Ədəbi tənqidçi Əsəd Cahangir qeyd etdi ki, A.M.Şərifzadə çox çətin və təhlükəli bir dövrdə yaşayıb yaratmışdır. O zaman teatr aktyoru olmaq prestij sənət deyildi. Aktyorlar təqiblərə məruz qalırdı. Hüseyn Ərəblinski bu dövrün qurbanı oldu. Şövkət Məmmədovanın başını qara buludlar almışdı. A.M.Şərifzadə də repressiyalardan keçdi. Əvvəlcə cahillik, sonra isə siyasi repressiyalara məruz qaldı. Amma onun adı tarixdə yenilikçi kimi
qaldı və yaşadı. Barat Şəkinskayanın da müəllimi A.M.Şərifzadə oldu və o, əfsanəvi aktrisaya çevrildi.
Xalq artisti Bəxtiyar Xanızadə qeyd etdi ki, A.M.Şərifzadə böyük aktyor olmaqla yanaşı, həm də böyük insan idi. O, tədbir iştirakçılarına məlumat verdi ki, 1976-cı ildə “Qərib cinlər diyarında” filmində çəkilərkən onun anası rolunu Firəngiz Şərifova oynadı. Sonra o, “Cavid ömrü” filmindən də qısa danışdı.
Tədbirdə Niyazı adına 22 №-li Uşaq Musiqi məktəbinin şagirdi Kənan Bəşirli müəllimlərin müşayiəti ilə muğam səsləndirdi.
Tədbir iştirakçıları A.M.Şərifzadə haqqında videoçarxı, “Молла Мирза Абдулрагим” və “Cavid ömrü” filmlərindən fraqmentləri izlədilər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar