Xəbər lenti
Sumqayıtda Bayraq Günü ilə bağlı tədbir keçirilib -FOTOLAR

Sumqayıtda Şəhər Mədəniyyət Evində Bayraq günü münasibətilə tədbir keçirilib.
Uşaqlar üçün keçirilən tədbirdə Əlipaşa Paşayev bayraq gününün yaranması və mahiyyəti haqqında məlumat verib.
Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, daha sonra Şəhər Mədəniyyət Evinin solistləri İlkin Əlizadə, Elvin Qasımov, Zaur Yusifli, Sevda Akkaya musiqi nömrələri ilə çıxış edib.
Musiqi sədaları altında balacaların səhnədə rəqsi, bədii qiraət dərnəyinin üzvləri Ləman Salmanlı, Zəhra Əzizova, Rabid Əzizov, Mələk Fərəcova, Maksim Yaqubovun ifasında bayrağa həsr olunmuş şeirlər tədbiri daha da rövnəqləndirib.
Tədbir Şəhər Mədəniyyət Evində yeni yaradılmış “Narbala” kukla teatrının “Dovşanın evi” tamaşasının nümayişi ilə yekunlaşıb.




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar