Xəbər lenti
“Mən tanıyan Xan əmi” kitabının təqdimatı “Yubileylər silsiləsi” çərçivəsində tədbirlər davam edir
Manevr.az bildirir ki, Bu gün, 27 noyabr tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Yubileylər silsiləsi” layihəsi çərçivəsində şair Şahlar Şuşalının “Mən tanıyan Xan əmi” kitabının təqdimat mərasimi keçirildi. Tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzinin kiçik konfrans zalında təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri, tarix doktoru Lətifə Məmmədova açaraq bildirdi ki, 2018-ci il Xan Şuşinskinin bioqrafiyasında yubiley ilidir. 75 il bundan öncə, 1943-cü ildə Moskvadan Bakıya folklor sənətini təhlil edən bir qrup musiqişünas-professor heyəti gəlir. Xan Şuşinski onlar üçün “Mahur-Hindi” muğamını oxuyanda musiqişünaslar onun güclü səsinə və geniş diapazonuna ən yüksək qiymət verirlər. Sonra o, kitabın müəllifi Şahlar Şuşalıya YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin Təşəkkürnaməsini təqdim etdi.
Tədbirdə Xan Şuşinskiyə həsr olunmuş “Şuşa dağlarının Xanı” adlı videoçarx nümayiş olundu.
Kitabın müəllifi həkim, şair Şahlar Şuşalı müəllifi olduğu “Mən tanıyan Xan əmi” kitabı haqqında maraqlı məlumatlar verdi, təssüratları ilə bölüşdü.
Tədbirdə akademik Telman Əliyev, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Azərbaycanın Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, muğam ustadı Canəli Əkbərov, “Çarçı News” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, milyonçu Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, filologiya üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Əsəd Cahangir, kitabxananın fəal oxucusu, şair Balakişi Kərimov Beyləqani, Əməkdar mədəniyyət işçisi, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva, yazıçı-publisist Zöhrə Əsgərova, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun professoru, şair Şahin Fazil, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri, yazıçı-publisist Hacı Tofiq Seyidzadə, İslam İnstitutunun kafedra müdiri Elçin Talışınski, Əməkdar mədəniyyət işçisi Rəfiqə Zərdabi, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova, tanınmış uşaq yazıçısı Gülzar İbrahimova Xan Şuşinskinin yaradıcılığından məlumat verdilər, kitab haqqında dəyərli fikirlər söylədilər.
Tədbirdə “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Hacı Tofiq Seyidzadə kitabxananın tədbirlərində fəal iştirak etdiyinə görə YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin Təşəkkürnaməsi ilə təltif olundu.
Tədbirin bədii hissəsində tanınmış xanəndə, bir çox müsabiqələrin laureatı Maya Cəbrayılova və Ələkbər İsgəndərli Xan Şuşinskinin repertuarından mahnılar ifa etdilər. Suraxanı rayonu 84 №-li tam orta məktəbin 4-cü sinif şagirdi Sadiq Nəbili Xan Şuşinskiyə həsr etdiyi “Xan əmi” şeirini söylədi.
Tədbir Niyazı adına 22 №-li Uşaq musiqi məktəbinin müəllimlərinin müşayiəti ilə Maya Cəbrayılova və Ələkbər İsgəndərlinin ifasında “Qarabağ şikəstəsi” ilə başa çatdı.
Müəllif Şahlar Baba Şuşalı Yasamal rayon MKS-inə “Mən tanıyan Xan əmi”, “Ömrümün söz çələngi” (2 cildlik) kitablarını hədiyyə etdi.
Tədbirdə iştirak edən Dilarə Nağıyeva-Muxtarova yeni nəşr olunmuş “Hər ömür bir tamaşa., Bakı gecələri”, Hacı Firudin Qurbansoy “Azərbaycana göndərilən peyğəmbərlər” kitablarını Yasamal rayon MKS-inə hədiyyə etdilər
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar