Xəbər lenti
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin növbəti uğuru - FOTO

Sumqayıt regional Mədəniyyət idarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə IV sinif şagirdi 10 yaşlı Nuray Mehdiyeva (müəllim Arzu Manafova) 21-24 noyabr 2018-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “TEMUR AKHOBADZADE Young pianists 1-st İnternational Competition” Beynəlxalq müsabiqənin qalibi olub.
Manevr.az-ın verdiyi xəbərə görə, 3 yaş qrupu üzrə keçirilən müsabiqənin I yaş qrupunda çıxış edən Nuray Mehdiyevanın ifası (ifa etdiyi əsərlər: 1) Qara Qarayev “Fikirli” , 2) J.İber “Balaca dəcəl” , 3) U.Gillok “Aylı gecə” , 4) A.Pieszonka “Tarantella” ) Rusiya, Amerika, İsrail, Litva və Gürcüstandan olan münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək, II dərəcəli diplom, pul mükafatı və müsabiqənin laureatı adına layiq görülüb.
Xatırladaq ki, Nuray Mehdiyeva azyaşlı olmasına baxmayaraq, artıq bir neçə respublika və beynəlxalq müsabiqələr laureatıdır.
Uğurların bol olsun, Nuray !


Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar