Xəbər lenti
Ceyhun Mirzəyev xalq artistinə evlilik təklif edibmiş

Xalq artisti, kinoaktrisa Elmira Şabanova gəncliyində həmkarı tərəfindən evlilik təklifi aldığını etiraf edib.
Manevr.az ölkə.az-a istinadən məlumatına görə, aktrisa bildirib ki, mərhum aktyor-rejissor Ceyhun Mirzəyev hətta ona nişanlısından ayrılmasını təklif edib:
"Nabranda çəkilişdəyik, həmin ərəfədə gələcək həyat yoldaşım Rüfət Şabanov mənə evlilik təklif etmişdi, nişanlıydıq. Ceyhun da qızların sevimlisi idi, hamı onun başına yığışırdı. Dedi ki, Rüfətlə evlənmə, o qocadır, beş il gözlə, mənimlə evlən. Sonra biz Rüfətlə evləndik və o bir müddət mənə kinoya çəkilməyə icazə vermədi".
Qeyd edək ki, C.Mirzəyev "Ögey ana" filmində və rejissoru olduğu "Fəryad" filmində İsmayıl obrazını canlandırıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar