Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Eurovision"da səsvermə qaydaları dəyişdi - Hər ölkə öz təmsilçisinə səs verəcək

Tarix: 22-11-2018 07:22     Baxış: 3286 A- / A+
"Eurovision"da səsvermə qaydaları dəyişdi - Hər ölkə öz təmsilçisinə səs verəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il sayca 15-ci olan "Uşaq Avroviziya-2018" ilə bağlı səsvermə qaydalarını izah edən video-çarx yayımlayıb.


Manevr.az
sputnik-ə istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, "Uşaq Avroviziya" mahnı müsabiqəsi fəaliyyətə başlayan gündən səsvermə qaydaları hər il dəyişdirilib.

Yeni qaydalara əsasən isə, artıq hər ölkə öz təmsilçisinə səs vermək hüququna sahibdir. Belə ki, müsabiqədən öncə, noyabr ayının 23-də saat 19:00-dan etibarən www.junioreurovision.tv və www.jesc.tv saytlarından tamaşaçıların onlayn səsverməsi reallaşacaq, daha sonra isə müsabiqə günü səsvermə müvəqqəti olaraq dayandırılacaq.

Final günü sonuncu iştirakçının ifasından sonra isə, səsvermə 15-30 dəqiqə ərzində yenidən aktiv olacaq, daha sonra həmin səslər müsabiqənin səs hesablayan heyətinə təqdim ediləcək. Onlar bu səsləri ballara çevirərək nəticəni lövhədə nümayiş etdirəcək, yekunda isə həmin ballar münsiflər heyətinin səsverməsinə əlavə ediləcək.

Yayımlanan video-çarxda da səsvermə haqqında ətraflı təlimat yer alıb. Bir daha qeyd edək ki, səsvermə zamanı toplanan səslər münsiflər heyətinin səs aktivinə əlavə olunacaq. Odur ki, vətəndə və xaricdə yaşayan soydaşlarımızı Azərbaycanı təmsil edən iştirakçımız Fidan Hüseynovaya dəstək olmağa səsləyirik.

Xatırladaq ki, Belarusun paytaxtı Minsk şəhərində reallaşan "Uşaq Avroviziya-2018"də 20 ölkənin təmsilçisi birincilik uğrunda mübarizə aparacaq. Ölkəmizi bu mahnı müsabiqəsində "Sənin kimi olmaq" adlı mahnı ilə, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"nda yer alan Fidan Hüseynova təmsil edir.

"Sənin kimi olmaq" - ("I wanna be like you") adlanan mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov və ifaçı Fidan Hüseynovadır, musiqinin söz yazarları isə Azərbaycan dilinə dair Aytən İsmixanova, ingilis dilində isə Elvira Miçiyevadır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar