Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mehman Şükürov müşavirə keçirib - FOTOLAR

Tarix: 21-11-2018 17:02     Baxış: 3588 A- / A+
Mehman Şükürov müşavirə keçirib


Manevr.az xəbər verir ki, Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürovun rəhbərliyi ilə geniş müşavirə keçirilib.

Müşavirədə idarə rəisi Mehman Şükürov çıxış edərək idarənin tabe müəssisələrinin fəaliyyəti haqqında danışıb, problemlərlə maraqlanıb, regiona daxil olan mədəniyyət müəssisələrinin bir-biri ilə qarşılıqlı münasibətlərinin qurulması və yeni kollektivlərin, xüsusilə folklor kollektivlərinin yaradılması ilə bağlı təklif və tapşırıqlarını verib.

Sonra Mehman Şükürov və müşavirə iştirakçıları Ceyranbatan qəsəbə Mədəniyyət Mərkəzində Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbi tərəfindən ‹‹Ümumdünya Uşaqlar Günü›› (Ümumdünya Uşaq Hüquqları günü) münasibətilə keçirilən konsertə qatılıblar.

Konsertdə məktəbin müəllimlərindən ibarət ‹‹Zəminxarə›› xalq çalğı alətləri ansamblının müşayiəti ilə məktəbin xanəndə sinfinin şagirdləri Fidan Süleymanzadə və Valeh Əsədullayevin ifalarında F.Babayevanın ‹‹Töhvə››, R.Mustafayevin ‹‹Bağlıyam›› və ‹‹Qarabağ Şikəstəsi››, xalq çalğı alətləri şöbəsinin şagirdləri ‹‹Şahsevəni›› saz ansamblının ifasında ‹‹Şahsevəni havası››, kamança ansamblının ifasında Q.Qarayevin ‹‹Yeddi gözəl›› baletindən ‹‹Aişənin rəqsi›› səslənib.

Konsertdə fortepiano şöbəsinin şagirdləri Cəmalə Əliyeva, Nuray Allahverdiyeva, məktəbin xor kollektivi, xoreoqrafiya şöbəsinin şagirdləri çıxış ediblər.

Konsertdən öncə məktəbin foyesində təsviri incəsənət şöbəsi şagirdlərinin rəsmlərindən ibarət sərgi nümayiş olunub.

Tədbirin sonunda məktəbin qabaqcıl müəllimləri və İstedadlı şagirdləri Sumqayıt Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.

Mehman Şükürov müşavirə keçirib
Mehman Şükürov müşavirə keçirib
Mehman Şükürov müşavirə keçirib
Mehman Şükürov müşavirə keçirib
Mehman Şükürov müşavirə keçirib
Mehman Şükürov müşavirə keçirib
Mehman Şükürov müşavirə keçirib
Mehman Şükürov müşavirə keçirib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar