Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi qeyd olundu

Tarix: 14-11-2018 15:47     Baxış: 4862 A- / A+
Gəncədə Aşıq Şəmşirin 125 illik yubileyi qeyd olundu

Gəncə şəhərində Aşıq Şəmşirin 125 illik yubileyi böyük təntənə ilə qeyd olundu.

Manevr.az xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi ilə əlaqədar geniş tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbycan Texnologiya Universitetinin professor-müəllim heyəti, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Regional Kollecinin, Gəncə Tibb Kollecinin, Gəncə Musiqi Kollecinin, Gəncə şəhər Təhsil idarəsinin, Gəncə Dəmiryol idarəsinin kollektivləri, veteranlar, ağsaqqallar, həmçinin Goranboy və Samux rayonlarından dəvət olunmuş qonaqlar iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə Aşıq Şəmşirin Göygöl rayonunda yerləşən büstü önünə tər-gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildirdilər. Daha sonra Gəncə Dövlət Flarmoniyasının foyesində ustad aşığın əlyazmalarından, haqqında yazılmış kitablardan, xatirələrdən, özünün seçmələrindən təşkil olunmuş guşədə Aşıq Şəmşirin yaradıcılığı ilə bağlı sağlığında və ölümündən sonra çap edilmiş kitab sərgisinə baxış keçirildi.
Tədbirdə Kəlbəcər rayon Mədəniyyət evinin aşıqları və tanınmış incəsənət xadimləri çıxış edərək saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndirdilər. Bir-birindən zəngin saz havaları tədbir iştirakçlarında əsl bayram əhval-ruhiyyəsi yaratdı.
Sonda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən tədbirin təşkil olunmasında fərqlənənlərə xatirə hədiyyələri təqdim olundu.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar