Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində işıq üzü görüb (FOTO)

Tarix: 08-11-2018 20:45     Baxış: 3330 A- / A+
Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində işıq üzü görüb (FOTO)

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “Kaspi” qəzeti, təhsil şirkətinin layihəsi ilə Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, klassiklərimizin əsərləri özbək dilinə tərcümə olunaraq Daşkəndddə çap edilməkdədir.

Mədəniyyət Mərkəzindən trend-ə verilən məlumata görə, son 5 ildə bu istiqamətdə 50-dən çox kitab özbək dilində Daşkənddə çapdan çıxıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Azərbaycan dramtaturgiyasının tanınmış nümayəndəsi Hüseyn Cavidin “Seçilmiş əsərləri – “Əmir Teymur”, “Peyğəmbər”, ”Şeyx Sənan” və “Səyavuş” əsərləri özbək dilinə tərcümə edilərək Daşkənddəki “Kamolak” nəşriyyatında çap edilib.

Layihənin rəhbəri Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya fənləri doktoru Sona Vəliyevadır.

Kitabda 3 əsəri – “Əmir Teymur”, ”Şeyx Sənan”, “Səyavuş” mərhum özbək tərcüməçi Usman Kuçkar, “Peyğəmbər” əsərini isə tərcüməçi Tahir Qahhar özbək dilinə tərcümə edib.

Kitabın ön sözünün müəllifi akademik, AMEA-nın vitse prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının orta əsrlər dövründə keçdiyi inkişaf mərhələsi, ədəbi cərəyanlar haqqında fikirlərini bölüşərək, Hüseyn Cavid yaradıcılığına nəzər salır və qeyd edir ki, Hüseyn Cavid XX əsrin başlanğıcında Azərbaycan romantik şeirinin məşhur nümayəndəsidir. Ön sözdə Hüseyn Cavidin yaradıcılığı, yazdığı ölməz əsərlər təhlil olunur və onun şeir üslubunun fərqli, romantik-fəlsəfi mahiyətə malik olduğu vurğulanır.

Ön sözdə akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə dram janrında əsər yazan romantik sənətkarlardan olan Hüseyn Cavidin ölkəmizdə romantik dramaturgiya məktəbinin əsasını qoyduğunu yazır və öz yaradıcılığı ilə özündən sonra ədəbiyyatımıza ölməz əsərlər bəxş etdiyini qeyd edir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun Trend-ə verdiyi məlumata görə, Hüseyn Cavid yaradıcılığına Özbəkistanda böyük maraq olduğununu nəzərə alaraq, dahi dramaturqun əsərləri özbək dilində çapına qərar verilib və növbəti layihə olaraq Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Hüseyn Cavid yaradıcılığı dünya dramturgiyasının zirvəsidir” adlı elmi konfrans keçiriləcək.
Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində işıq üzü görüb (FOTO)

Hüseyn Cavidin “Seçilmiş əsərləri” özbək dilində işıq üzü görüb (FOTO)



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar