Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

İşğal altındakı torpaqlarımızda teatr binaları da dağıntıya məruz qalıb - Nazir

Tarix: 05-11-2018 13:23     Baxış: 3396 A- / A+
İşğal altındakı torpaqlarımızda teatr binaları da dağıntıya məruz qalıb - Nazir


Azərbaycan dövləti daim teatr sənətinə böyük diqqət yetirib və yetirməkdə davam edir.

Manevr.az-ın məlumatına görə, bunu V Bakı Beynəlxalq Teatr Konfransının açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, artıq 147-ci ilini yaşayan Azərbaycan teatrı bu gün ölkəmizi xaricdə layiqincə təmsil edir: "Azərbaycan teatrının tarixi bu gün Dövlət İrəvan Teatrının 135 illik tarixindən kənarda düşünülə bilməz. Bu gün teatr xalqımızın başına gələn bəlalardan da kənarda qalmayıb. Azərbaycanın torpaqlarının 20 faizi işğal altındadır. Bu torpaqlarda təkcə mədəni sərvətlərimiz, abidələrimiz dağıdılmayıb, oradakı teatr binalarına da ziyan dəyib. İrəvan, Ağdam, Füzuli, Şuşa teatrları bu gün Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində başqa yerlərdə yenə də öz yaradıcılıq fəaliyyətini dayandırmırlar. Bu fəaliyyət cəmiyyətə sübut edir ki, sənət ölməzdir, daimidir".

Ə.Qarayev deyib ki, bu gün Azərbaycan teatrı yalnız Bakıda deyil , regionlarda da inkişaf edir. Yaxın vaxtlarda Gənc Tamaşaçılar Teatrının 90 illiyi qeyd olunacaq: "Bu gün Azərbaycanda 26 dövlət teatrı ilə yanaşı, bizim layihələrlə zəngin olan Üns Teatrı, bələdiyyə teatrları var. Biz bütün teatrların fəaliyyətinin dəstəklənməsinə xüsusi önəm veririk və bundan sonra da veriləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar