Xəbər lenti
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş viktorinanın qalibləri müəyyən olundu
Manevr.az bildirir ki, “Kitabsevər uşaqlar” Facebook səhifəsi və YouTube kanalı YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş viktorina keçirilmişdir. Viktorinanın nəticələrinə görə Əhməd Əhmədli (Qax rayonu Namiq Allahverdiyev adına 2 №-li tam orta məktəbin 6-cı sinif şagirdi) və Minayə Quliyeva (Qax rayonu Namiq Allahverdiyev adına 2 №-li tam orta məktəbin 6-cı sinif şagirdi) I yerə, Sənubər Abakarova (Qax rayonu Namiq Allahverdiyev adına 2 №-li tam orta məktəbin 11-ci sinif şagirdi) II yerə, İlkin Rzayev (Şəki şəhər 5 №-li tam orta məktəbin 8-ci sinif şagirdi), Kənan Rzayev (Şəki şəhər 10 №-li tam orta məktəbin 4-cü sinif şagirdi) və Emil Qaffarlı (Şəki şəhər 18 №-li tam orta məktəbin 7-ci sinif şagirdi) III yerə layiq görülərək YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunacaqlar.
Anar Əhmədov (Bakı şəhəri, Xəzər rayonu 136 №-li tam orta məktəb), Ləman Qaffarlı (Şəki şəhər 18 №-li tam orta məktəb), Səidə Abakarova (Qax rayonu Namiq Allahverdiyev adına 2 №-li tam orta məktəb), Şəms Əhmədzadə (Bakı şəhəri, Xəzər rayonu 136 №-li tam orta məktəb), Rahilə Hafizova (Qax rayonu Namiq Allahverdiyev adına 2 №-li tam orta məktəb), Vaqif İskəndərov (Bakı şəhəri, Xəzər rayonu 123 №-li tam orta məktəb), Elçin Xəlilli (Zərdab şəhər H.Aslanov adına 3 №-li tam orta məktəb), Mikayıl Qəribli (Bakı şəhəri, Xəzər rayonu 136 №-li tam orta məktəb), Fatimə Qəribli (Bakı şəhəri, Xəzər rayonu 136 №-li tam orta məktəb), Səbina Orucova (Bakı şəhəri 3 №-li tam orta məktəb), Məhəmməd İsgəndərli (Bakı, Xəzər rayonu 123 №-li tam orta məktəb), Emilya Abdurrəhmanova (Ağdaş rayonu Bəkir Nəbiyev adına 3 №-li tam orta məktəb), İnci İsayeva (Gəncə şəhər İmaddədin Nəsimi adına 44 №-li məktəb-litsey kompleksi), Murad Yusifli (Ağdaş rayon Maqsud Şeyxzadə adına THT Gimnaziya), Aygün Asvarova (Ağdaş rayonu Ləki qəsəbə 6 №-li tam orta məktəb), Osman Qocayev (Ağdaş rayonu, Maqsud Şeyxzadə adına THT Gimnaziya), Zöhrə İsazadə (Zərdab rayonu) YUNESKO-nun “İnformasiya hamı üçün” Azərbaycan komitəsinin Təşəkkürnaməsi ilə təltif olunacaqlar.
Bütün qalibləri ürəkdən təbrik edirik.
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti viktorina “Vışka” qəzeti ilə birgə keçiriləcək. Suallar Azərbaycan və rus dillərində “Vışka” qəzetində dərc olunacaq. Qəzeti izləyin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar