Xəbər lenti
Fəal oxucularımız – fəxrimizdir

Manevr.az bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M. Ş. Vazeh adına Mərkəzi Kitabxanasının fəal oxucusu, publisist-politoloq Reyhan Mirzəzadə Yasamal rayon MKS-inin keçirdiyi “Kitabxanaya kitab hədiyyə edirik” aksiyada fəal iştirak etmişdir. O, kitabxanaya yeni nəşr olunmuş müəllifi olduğu “Rus ədəbiyyatı qəlbimin işığında”, “Rus klassikləri haqqında” və digər maraqlı kitablar hədiyyə etmişdir.
Reyhan Mirzəzadə kitabxananın tədbirlərində fəal iştirak edir. O, klassik rus ədəbiyyatının tədqiqatçısı və böyük bilicisidir. Bakı-Blaqoveşensk arasında təşkil olunmuş “Mədəniyyətlərin dialoqu” telekörpüsündə R. Mirzəzadənin çıxışı yaddaqalan olmuşdur.
Hal-hazırda R.Mirzəzadə Lev Tolstoyun yaradıcılığını tədqiq edir və bununla bağlı M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası fondunda saxlanılan Lev Tolstoyun və onun haqqında yazılmış əsərləri publisist-politoloqa məmnuniyyətlə təqdim edir.
Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqaladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu publisist-politoloq Reyhan Mirzəzadəyə məktub göndərmiş və qeyd etmişdir ki, R. Mirzəzadənin tanınmış rus pedaqoqları A. Çernyayevski, V. Suxomlinski və K. Uşinski barədə yazıları təqdirəlayiqdir.
Yasamal rayonunda yerləşən kütləvi kitabxanaların bütün oxucuları və kitabxanaçılar Reyhan Mirzəzadəyə böyük yaradıcılıq uğurları arzulayırlar.



Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar