Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

“Kitab və onun gələcəyi” adlı tribuna - LAYİHƏ

Tarix: 25-10-2018 16:40     Baxış: 2482 A- / A+
“Kitab və onun gələcəyi” adlı tribuna


Manevr.az bildirir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitab, mütaliə, kitab nəşri və kitabyayımı məsələləri daima diqqət mərkəzindədir. Bu məqsədlə 2018-ci ilin avqust ayından başlayaraq kitabxananın oxucuları və istifadəçiləri arasında sosioloji sorğu keçirilir, fikir mübadiləsi aparılır, kitabxanada oxucular üçün sual-cavab guşəsi də yaradılıb.


Növbəti önəmli addım isə kitab və mütaliə problemlərinin müzakirəsi üçün “Kitab və onun gələcəyi” adlı tribunanın təşkilidir. Tribunada alimlər, yazıçı və şairlər, ictimaiyyət nümayəndələri, ziyalılar, fəal oxucu və istifadəçilər çıxış edirlər. Burada müsahibələr və diskussiyalar, “dəyirmi masa”lar, söhbətlər təşkil olunur.

“Kitab və onun gələcəyi” adlı tribunanın növbəti qonağı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, uşaq yazarı Mina Rəşiddir.

Kitabxanada hazırlanmış müsahibəni oxucuların diqqətinə təqdim edirik. Müsahibənin mətni Mərkəzi Kitabxananın veb saytında http://yasamal.cls.az/document/34747 yerləşdirilmişdir.

Layihənin ideya müəllifi və rəhbəri Yasamal rayon MKS-inin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru, “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovadır. Layihənin koordinatorları Aysel İsmayılova və Leyla Abdulrəhimovadır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar