Xəbər lenti
“Mədəniyyətlərin dialoqu” layihəsinin təqdimatı Bakı – Blaqoveşensk arasında telekörpü
Manevr.az bildirir ki,Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-i tərəfindən yeni layihə reallaşdırılır. “Mədəniyyətlərin dialoqu” layihəsi tolerant davranışın formalaşmasına yönəlmiş və 10-a yaxın tədbirin təşkilini nəzərdə tutur.
Bu gün “Mədəniyyətlərin dialoqu” layihəsi çərçivəsində Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanası ilə birgə “İnformasiya hamı üçün” YUNESKO Proqramının Azərbaycan komitəsinin təşkilati və informasiya dəstəyi ilə “Poeziya – sərhədsiz məkan” adlı maraqlı tədbir keçirmişdir. Tədbir telekörpü formasında olmuşdur.
Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” və “More” mahnıları alqışlarla qarşılandı.
Telekörpünü giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru, ELNİT Beynəlxalq Assosasiyasının İdarə heyətinin üzvü Lətifə Məmmədova açaraq tədbir iştirakçılarını salamladı və layihə haqqında məlumat verdi. O qeyd etdi ki, müasir kitabxana – tolerantlıq məkanı, mədəniyyətlərin dialoqu mərkəzidir. Kitabxana insanlarla xalqların adət-ənənələri, mədəniyyəti haqqında sərbəst, qərəzsiz, ehtiramlı söhbət aparır. Kitabxana əhalidə digər xalqların nümayəndələri ilə etnikarası ünsiyyət, müsbət münasibət mədəniyyətini formalaşdırmağa təkan verə bilər.
Telekörpüdə tanınmış Azərbaycan şairlərinin şeirləri Amur şairləri tərəfindən rus dilinə yeni tərcümə olunmuş şeirləri ilk dəfə səsləndirilmişdir.
M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının kitabxanaçıları Yeganə Qafarova, Sevil Namazova, Aysel İsmayılova, Aynur Cavadova, Nigar Qurbanova tərəfindən Abdulla Şaiqin, Cabir Novruzun, Məmməd Arazın, Məmməd Aslanın, İlyas Tapdıqın, Eldar Baxışın şeirləri Azərbaycan dilində səslənmiş, sonra isə bu şeirlər Amur şair və yazıçılarının ifasında rus dilində söylənilmişdir.
Tədbirdə Amur Vilayət Yazıçılar təşkilatının, Rusiya Yazıçılar İttifaqının Amur şöbəsinin üzvləri, şəhər Şairlər Klubunun və Bakı şəhərinin şair və yazıçıları, jurnalistlər, poeziya həvəskarları iştirak etdi.
Tədbirdə yazıçı-publisistlər, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvləri Reyhan Mirzəzadə və Zöhrə Əsgərova çıxış etdilər, şair Babakişi Kərimov Rusiya bulaqları haqqında yazdığı şeiri söylədi, veteran-jurnalist, yazıçı, şair, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri Hacı Tofiq Seyidzadə şeirlər söyləyərək bütün tədbir iştirakçılarına səmimi arzularını bildirdi.Telekörpünün ən maraqlı anlarından biri də 10 il Blaqoveşensk şəhərində yaşayan, hazırda Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquluyevanın çıxışı oldu.
Sonra telekörpü iştirakçılarının dialoqu baş tutdu.
Ən yaxşı tərcüməyə görə tərcüməçilər və ifaçılar A.P.Çexov adına Blaqoveşensk Şəhər Kitabxanasının Fəxri fərmanları ilə təltif olundular.
Rusiya Yazıçılar İttifaqının üzvləri Nikolay Levçenko, Stanislav Saxonçik, Rusiya Yazıçıları İttifaqının Regional şöbəsinin sədri Qalina Odintsova tədbirin qonaqları oldular
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar