Xəbər lenti
Vahidəm, xəlqimin qəzəl şairiyəm...
Manevr.az xəbər verir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin Ə. Vahid adına 1 №-li kitabxana filialında bu gün,1 oktyabr tarixində Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi “Füzuli yadigarı”,qəzəlxan şair Əliağa Vahidin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.
M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının və Ə. Vahid adına 1 №-li kitabxana filialının əməkdaşları Fəxri Xiyabana gedərək əvvəlcə ulu öndərimiz Heydər Əliyevin, sonra isə Əliağa Vahidin məzarlarını ziyarət etdilər. Məzarlar önünə tər güllər qoyuldu.
Tədbir Ə. Vahid adına 1 №-li kitabxana filialında davam etdi. Tədbiri giriş sözü ilə açan kitabxana filialının müdiri Mətanət Qasımova Əliağa Vahid haqqında maraqlı məlumatlar verdi. O, qeyd etdi ki, Ə.Vahid həm qəzəlxan, həm də lirik və satirik şairdir. M.Qasımovanın çıxışının qısa xülasəsi Mərkəzi Kitabxananın Veb saytında yerləşdirilmişdir http://yasamal.cls.az/front/files/libraries/81/documents/901116434.pdf
Sonra çıxış üçün söz qəzəlxan şair Əliağa Vahidin oğlu Ramiz İsgəndərova, “Vahid” Poeziya Məclisinin sədri Hacı Rafiqə verildi. Şairin oğlu atasının həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Hacı Rafiq Vahidin unudulmaz qəzəllərini xatırlatdı, onun nə qədər dəyərli şair-qəzəlxan olduğunu vurğuladı.Tədbirdən bir fraqmenti diqqətinizə təqdim edirik https://www.youtube.com/watch?v=pfaVQWmfv4U
Sonda kitabxanadakı Əliağa Vahid guşəsində xatirə şəkilləri çəkildi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar