Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda bir sıra mədəniyyət tədbirləri keçirilib - FOTOLAR

Tarix: 25-09-2018 15:55     Baxış: 3497 A- / A+
Sumqayıtda bir sıra mədəniyyət  tədbirləri keçirilib


Sumqayıtın Tarixi Muzeyi 14 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə açan muzeyin ekskursiya aparıcısı Səidə Səfərova Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında danışıb. Daha sonra muzeyin kiçik elmi işçisi Zülfiyyə Fətəliyeva “Cümhuriyyətdən müstəqilliyə doğru...” mövzusunda çıxış edib. Tədbirdə muzey əməkdaşları tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və həyata keçirdiyi dövlət əhəmiyyətli sərəncamlar və qərarları özündə geniş əks etdirən fotoalbom və kitablardan ibarət “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı sərgi nümayiş olunub. Tədbir interaktiv formada keçirilib və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi şəhərin 43 saylı uşaq baxçası ilə birlikdə Sülh günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə uşaqlara Sülh günü haqqında geniş məlumat verilib. Daha sonra uşaqlar fonda yeni daxil olmuş nağıl və jurnallardan ibarət “Nağıllar aləmində” adlı sərgi ilə yaxından tanış olub, açıq səma altında asfalt üzərində Sülh gününü ehtiva edən şəkillər çəkib, əmin-amanlıq, sülh arzusu ilə göyərçinləri açıq səmaya buraxıblar.

Uşaq şöbəsində daha bir tədbir Nizami poeziya günləri ilə əlaqədar keçirilib.
“Nizami Gəncəvini necə tanıyırıq” adlı tədbirdə uşaq şöbəsinin müdiri Yeganə Hüseynova oxuculara dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Daha sonra uşaqlar kitabxanaçılar tərəfindən tərtib olunuş və Nizami Gəncəvinin həyatı və yaradıcılığını əks etdirən sualları cavablandırıblar. Uşaq şöbəsi tərəfindən 15 saylı məktəbdə keçirilən tədbirdə şagirdlər şairin qəzəllərindən və şeirlərindən parçalar söyləyib, şairin əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Manevr.az


Sumqayıtda bir sıra mədəniyyət  tədbirləri keçirilib
Sumqayıtda bir sıra mədəniyyət  tədbirləri keçirilib
Sumqayıtda bir sıra mədəniyyət  tədbirləri keçirilib
Sumqayıtda bir sıra mədəniyyət  tədbirləri keçirilib
Sumqayıtda bir sıra mədəniyyət  tədbirləri keçirilib
Sumqayıtda bir sıra mədəniyyət  tədbirləri keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar