Xəbər lenti
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edildi - FOTO
Azərbaycanın milli musiqi alətləri - kamança, qoşa nağara və balaban Fransanın Seret şəhərində yerləşən Musiqi Alətləri Muzeyinə hədiyyə edilib.
Manevr.az publika.az-a istinadla xəbər verir ki, musiqi alətlərimizin muzeyə hədiyyə olunması Fransadakı səfirliyimizin və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə Seret musiqi festivalı çərçivəsində həyata keçirilib.
Seret şəhərinin meri Alain Torrent tədbiri açaraq ölkəmiz haqqında məlumat verib.
Azərbaycanın Fransadakı səfirinin siyasi məsələlər üzrə birinci katibi Vaqif Ağayev musiqinin xalqımızın həyatında mühüm yer tutmasından, musiqi alətlərimizin zənginliyindən danışıb. Azərbaycan muğamı haqqında məlumat verərək onu xalqımızın genetik kodu kimi səciyyələndirib.
V.Ağayev Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan silsilə tədbirlər nəticəsində ölkəmizin mədəni irs nümunələrinin qorunmasının və beynəlxalq səviyyədə təbliğinin uğurla həyata keçirildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, bu təşəbbüslərin sayəsində muğam sənəti, eləcədə kamança və balaban UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
O, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği istiqamətində reallaşdırdığı möhtəşəm layihələr və onların arasında xüsusi əhəmiyyəti olan Beynəlxalq Muğam Mərkəzi haqqında da məlumat verib.
ADFA-nın vitse-prezidenti Aytən Muradova muzeyə hədiyyə edilən musiqi alətlərinin hazırlanmasının incəliklərindən söz açıb.
Sonra Vaqif Ağayev və Seret Musiqi Alətləri Muzeyinin direktoru Paul Macee milli musiqi alətlərimizin muzeyə hədiyyə edilməsinə dair sənəd imzalayıblar.
Ceyhun Eyvazov zurna, balaban və tütəkdə “Aman Tello” xalq mahnısını, “Sən gəlməz oldun”, “Çoban bayatı” və digər musiqilərimizi səsləndirib.
Seret musiqi festivalı çərçivəsində də milli musiqilərimiz təqdim olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar