Xəbər lenti
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin növbəti konserti keçirildi
Sentyabrın 18- də,milli musiqi günündə, Beynəlxalq Muğam Mərkəzində,Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının "Yaradanlar və yaşadanlar" adlı birgə layihəsinin növbəti konserti keçirilib.
Manevr.az xəbər verir ki, konsert Xalq artisti, xanəndə,muğam bilicisi Hacıbaba Hüseynova həsr olunub.
Gecədə Xalq artisti Səkinə İsmayılova "Şur-şahnaz" təsnifini, Xalq artisti Teyyub Aslan "Çoban qızı", "Dilbərim" xalq mahnısını, Əməkdar artist Ehtiram Hüseynov "Rast", Şur" təsniflərini ifa ediblər.
İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.
Həmçinin konsertin son nömrələrindən biri olan "Durna" xalq mahnısı Teyyub Aslan və Ehtiram Hüseynovun ifasında tamaşaçılara təqdim olunub.
Konsertin aparıcısı, Əməkdar artist Rəşad İlyasov, kaman ifaçısı, Əməkdar artist Mirnazim Əsədullayev tamaşaçılara xanəndənin həyat və yaradıcılığı haqqında məlumat veriblər. H.Hüseynovun qızı,nəvəsi və dostu olmuş M.Əsədullayev onun haqqında xatirələrini bölüşüblər.
Konsert maraqla və alqışlarla qarşılanıb.
Qeyd edək ki, sentyabrın 19-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində T.Doksitser adına "New Life Brass" kvinteti, sentyabrın 20- də saat 16: 00- da "Dədə Qorqud" Kamera Orkestri çıxış edəcəklər.(milli.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar