Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR

Tarix: 19-09-2018 11:55     Baxış: 3847 A- / A+
Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində Milli musiqi günü münasibətilə silsilə tədbirlər keçirilib

Manevr.az xəbər verir ki, Sumqayıt şəhər Q.Qarayev adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin fortepiano, violin, xalq çalğı alətləri şöbəsinin şagird və müəllimləri musiqi nümunələri ifa ediblər. Tədbirdə Ü.Hacıbəyli və onun davamçıları olan bəstəkarların da əsərləri səslənib.

Ə.Bakıxanov adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə Bilik günü və Milli musiqi günü münasibətilə məktəbin direktoru Vaqif Süleymanov muellim və şagird kollektivini təbrik edib, xoş arzularını çatdırıb. Daha sonra Milli usiqimin tarixi, dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib, əsərləri ifa olunub.

F.Amirov adina uşaq musiqi məktəbində keçirilən tədbirdə milli musiqimizin tarixindən bəhs edilib, dahi bəstəkar U.Hacıbəyli haqqinda geniş məlumat verilib, əsərlərindən parçalar ifa edilib.

S.Vurğun adına Mərkəzi Kitabxananın İncəsənət şöbəsində “Azərbaycan musiqisi və musiqiçiləri” adlı viktorina keçirilib.Tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin həyatı, fəaliyyəti, yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini özündə əks etdirən sualları “Dügah”, “Humayun”, “Rast” komandalarının üzvləri böyük fəallıqla cavablandırıblar. Tədbirdə həmçinin Sumqayıt Musiqi Kollecinin tələbələrinin ifasında xalq musiqisindən nümunələr səslənib. Sonda Sumqayıt MKS-in Ehtiyat Fondun Təşkili və İstifadəsi şöbəsinin müdiri Nafilə Nəsirova tədbir iştirakçılarını “Musiqinin ad günü” adlı sərgi ilə tanış edib.

S.Vurğun adına Mərkəzi kitabxana S.Rüstəmov adına Uşaq incəsənət məktəbində “Milli Musiqinin bayramı” adlı səyyar sərgi təşkil edib. Sərgidə kitabxananın fondunda olan musiqiyə dair ədəbiyyatlar, disklər eyni zamanda azərbaycan və dünya ədəbiyyatını özündə əks etdirən kitablar nümayiş etdirilib. Sərgi Musiqi məktəbinin kollektivi və şagirdləri tərəfindən böyük marağla qarşılanıb.

Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR
Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR
Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR
Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR
Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR
Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR
Milli musiqi günü ilə bağlı tədbirlər keçirilib- SUMQAYITDA/ FOTOLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar