Xəbər lenti
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş videoçarx
Manevr.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş videoçarx hazırlamışdır https://www.youtube.com/watch?v=dGWBtxNsffE.
Videoçarxda Azərbaycan Respublikası Prezidentinin “Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı əks olunub.
Burada Dədə Şəmşirin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir. Qeyd olunur ki, tez bir zamanda ozan-aşıq sənətində “Dədə” adını qazanmış bu ifaçı aşıq, həm də geniş yaradıcılıq imkanlarına malik şair kimi də xalq arasında şan-şöhrət sahibi olur. Aşıq Şəmşir qələmə aldığı qoşma, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə məhşur olur. O, Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradır. Bu sənətkarın 40-dan artıq şəyirdi (şagirdi) vardı.
Aşıq Şəmşirin İranda nəşr olunmuş kitabı, onun haqqında aparılan elmi araşdırmalar, xatirəsinə ucaldılan abidə də videoçarxda əks olunub.
Məlumat verilir ki, ilk dəfə müsiqişünas Əminə Eldarova 1958-ci ildə Aşıq Şəmşirin ifasında bir sıra aşıq havasını lentə alıb. İndi həmin yazılar Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunur.
“Aşıq Şəmşir –125” adlı videoçarxda müxtəlif illərin fotoları, ailəsinin şəkilləri, nəşr olunan ilk kitabı, əsərlərinin siyahısı və Aşıq Şəmşir haqqında yazılan kitabların siyahısı öz əksini tapmışdır.
Kitablarının “Virtual sərgi”si Dədə Şəmşirin yaradıcılıq dünyasına əyani baxışdır.
Videoçarxda əks olunan materiallar Aşıq Şəmşirin arxivlərdə qorunan aşıq ifası ilə müşayiət olunur.
Xatırladırıq kı, “Yubileylər silsiləsi” layihəsi davam edir. Layihənin ideya müəllifi Yasamal rayon MKS-inin direktoru, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədovadır. Videoçarxla https://www.youtube.com/watch?v=dGWBtxNsffE tanış ola bilərsiniz.
Yasamal rayon MKS-inin direktoru,
YUNESKO-nun “İnformasiya hamı üçün”
Proqramının Azərbaycan Komitəsinin sədri
Lətifə Məmmədova
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar