Xəbər lenti
“YouTube” kanalındakı “Kitabsevər uşaqlar” səhifəsində paylaşılan videoların baxış sayı bir milyonu ötüb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) Mədəniyyət Nazirliyinin davamlı və uğurlu layihəsində fəal iştirak edir. Belə ki, “YouTube” kanalındakı “Kitabsevər uşaqlar” səhifəsinə izləyicilərin marağı gündən-günə artır.
Layihənin fəal iştirakçıları arasında Bakı şəhəri Yasamal, Sabunçu, Binəqədi rayon, Şəki, Sumqayıt, Gəncə şəhər, Qax, Quba, Masallı, Zərdab, Ağdaş, Oğuz, Xızı, Zaqatala, Saatlı, Samux, Ağcabədi, Ucar, Şabran, Siyəzən, Qazax, Salyan, Xocavənd, Ağsu rayon MKS-lərini qeyd etmək olar.
Manevr.az xəbər verir ki, “Kitabsevər uşaqlar” səhifəsinin 70 min 39 nəfərdən çox abunəçisi var. Bu gün sözügedən kanal vasitəsilə paylaşılan videoların bir milyon 530 min 613 izləyicisi var. Paylaşılan videolar 14 min 844 dəfə bəyənilib, videolara 2000-dən çox rəy yazılıb.
İzləyicilərin diqqətinə təqdim olunan videolar Azərbaycanda və dünyanın 39 ölkəsində izlənilir və bəyənilir. İzləyicilərin təkliflərini nəzərə alaraq, “Kitabsevər uşaqlar” “YouTube” kanalının səhifəsində 970-dən çox video paylaşıb.
Bu səhifədə, həmçinin azyaşlı oxuculara müntəzəm xidmət göstərilir. Layihə çərçivəsində mütəmadi olaraq müsabiqələr, viktorinalar, milli nağıllarımızın təbliği məqsədilə intellektual yarışlar keçirilir.
Yaxın günlərdə Yasamal rayon MKS “Kitabsevər uşaqlar” səhifəsində “Vışka” qəzeti ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan viktorina təşkil edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar