Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qız doğduğu üçün azərbaycanlı aparıcını ƏRİ TƏRK EDİB - ŞOK - FOTO

Tarix: 25-07-2018 16:15     Baxış: 5436 A- / A+
Qız doğduğu üçün azərbaycanlı aparıcını ƏRİ TƏRK EDİB - ŞOK - FOTO

Aktrisa-aparıcı Könül Yusif qızı bugün cəmiyyətdə çox aktual problemlərdən birinə çevrilən abort məsələsi ilə bağlı fikirlərini Milli.Az-la bölüşüb.

Könül sözügedən problemlə bağlı danışarkən şəxsi həyatından heç kimin bilmədiyi tükürpədici faktın da üstünü açıb.

Aktrisanın açıqlamasını təqdim edirik:

"Təssüf ki, bizim cəmiyyətdə daha çox qız uşaqları abort olunur. Elə bil o qız istəməyəni ana doğmayıb. Seksual tərbiyənin olmamağıdır. XXI əsrdir, müxtəlif qorunma üçün vasitələr var, amma cəmiyyətin xəbəri yoxdur. Bu təbliğ olunmalıdır. Orta məktəbdən cinsi əlaqədə olanlar var, əgər bunu biliriksə, qəbul ediriksə, seksual tərbiyə aşılamaq lazımdır. Hamilə qalmaq tək qadının işi deyil, o hamilə qoyanı da başa salmaq lazımdır. Bunu edirsiniz cəhənnəm, heç olmasa qorunun. Bədbəxt qız-gəlin, qadın zülmünü çəkməsin. Etdin getdin, bununla iş bitmir axı, ay nanəcib və ya ailədə oğlan övlad olana qədər aborta sövq edirlər. Niyə, ay namərd, niyə? Bu çox geniş mövzudur. Mən deyərdim orta məktəbdən, hətta kiçik yaşlarından valideyn övladını başa salmalıdır ki, "Ay oğul, həddi buluğa çatmamış qıza toxunmaq olmaz. Ay oğul, qız övladı müqəddəsdir".

Bizim cəmiyyətdə ərsiz övlad doğmaq təsəvvür edirsiniz nə deməkdir, intihar. Hər qızın gücü çatmaz hamıya qarşı gəlib, doğsun. Bu ya abort olur, ya da intihar. Olmaz belə. Oğul uşaq ikən atası, anası ilə dost olmalıdır. Tərbiyəsiz sandığımız söhbətlərdən danışılmalıdır. Uşaq ikən qadın-qıza qarşı hörmət-rəğbət aşılanmalıdır.

Qadını incidib, qoyub qaçmağın kişiliyə ləkə olduğu başa salınmalıdır. Başa salınmalıdır ki, heç olmasa, ay bala, qorunun. Yoxdur bizdə, heç nə yoxdur.

Mən özüm rastlamışam "Oğlan doğsaydın, hər şey başqa cür olardı". Necə olardı? Aydan mənə torpaq alacaqdın? Ya Marsda yaşayacaqdıq? Bəyəm qızı ata evindən gətirmişəm? Bəyəm qız sənin belindən gəlmir? Yoxsa yalnız oğlan sənin belindən gəlir?

Qızım doğulan gündən bizdə oğlan davası gedib. Oğlan doğmadığım üçün məni həmişə pərt edib. Bəlkə də oğlan olsaydı, bərabər olmasaq da münasibət başqa cür olardı".

Qeyd edək ki, Könül Yusif qızının yoldaşı aparıcını tərk edərək 2 il öncə Rusiyaya gedib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar