Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı aktrisa: "Arif Quliyevə həyat yoldaşı gözü ilə baxa bilməzdim, çünki..." - FOTO

Tarix: 14-07-2018 15:47     Baxış: 2671 A- / A+
Azərbaycanlı aktrisa: "Arif Quliyevə həyat yoldaşı gözü ilə baxa bilməzdim, çünki..."


Musiqili Teatrın aparıcı aktrisası Rəsmiyyə Nurun müsahibəsi.

- Rəsmiyyə xanım, teatr artıq məzuniyyətə çıxıb. Harada istirahət etmək fikriniz var?

- Bəli, artıq ayın 15-də tətilə çıxdıq. Fikrimdə bir neçə yer var. Kalininqrad, Türkiyə və bir də doğulduğum Zaqatalaya gedəcəyəm.

- Ümumiyyətlə, təkcə teatrda çalışırsınız?


- Xeyr, təkcə teatr deyil, "4 bacının bir qardaşı" adlı bir şou proqramımız var, işləyirik, məşq edirik. Arada bir konsertlərimiz olur, toya, xınayaxdıya gedirəm. Boş vaxtım az olur. İstirahətim avqust ayına düşür. Çünki hal-hazırda bir seriala dəvət almışam, yay serialıdır, onun çəkilişləri ilə məşğulam.

- Nə serialıdır ki?

- Serialın adı "Ay yay, yay"dır. 20 seriyalı bir ekran işidir, rejissorumuz Ramin Hacıyevdir. Burda da gözəl bir xarakterim olacaq, adım Almazdır. Ümidvaram ki, bu serial tamaşaçılara gözəl təsir bağışlayacaq. Həyat yoldaşımı da görkəmli sənətkarımız Arif Quliyev oynayacaq. Arif müəllimlə mən teatrda da bir neçə tamaşada tərəf müqabili olmuşam.

- Arif Quliyev sizin üçün həyatda ideal həyat yoldaşı ola bilərdi?

- Xeyr, düşünə bilmirəm, gözlərimin önündən belə keçmir. Mənim xarakterim tam başqadır. Siz sual verdiniz, mən indi düşünürəm ki, belə bir şey ola bilərdi ki? Birincisi mən sənətə gələndə Arif Quliyev evli idi, uşaqları var idi, ikincisi heç düşünə bilməzdim. Arif Quliyev gözəl insandır, mən ona həyat yoldaşı gözü ilə baxa bilməzdim.

- Həyat yoldaşınız xarakterinizə uyğun biri idi?

- Hardasa hə, demək olardı. Bəzən olurdu ki, fikirlərimiz bir-birinin üstünə düşməzdi. Əgər onun xarakteri mənim xarakterimə yad olsaydı, yəqin ki, mən aktrisa olmazdım.

- Özünüzə həyatda bağışlamadığınız səhviniz varmı?

- Bəli, var. Bəzən insan bilmədən elə bir səhv edir ki, özünü bağışlaya bilmir. Amma o səhvimi demək istəmirəm, çünki yadıma salıb özümü üzmək istəmirəm. Bəlkə də bu səhv mənim üçün bağışlanmazdır. Çünki xərçəng bürclərinin çox qəribə xüsusiyyətləri var, başqası üçün adi görünən bir şeyi xərçənglər böyüdüb fil edir.

- Bu səhviniz sizi narahat edirsə, niyə onu düzəltmirsiniz?

- Ötüb keçib artıq. Onu bir mən bilirəm, bir də Allah. Elə də bir dəhşətli səhv deyil, illər keçib üstündən.

- Həyatda ürəyiniz istəyən kimi yaşaya bilmisiniz?

- Həyatda mənə elə gəlir ki, heç kəs istədiyi kimi yaşaya bilmir. Hardasa maneələr olur, amma hal-hazırda ürəyim istədiyim kimi yaşayıram.

- Sənətdə qazandıqlarınız çox olub, yoxsa itirdikləriniz?


- Bu, çox çətin və qəliz sualdır. Məncə, həyatda itirdiklərim o qədərdir ki, sözlə ifadə edə bilmirəm. Lap balaca yaşlarımdan atamı itirdim, demək olar ki, ata nəvazişi görmədim. Nənəmi, anamı, qayınanamı, onun ardınca isə yoldaşımı itirdim. O qədər ağrılarım olub ki, yükü də artıq çəkə bilmirəm. Allah dərdi o insana verir ki, yükü çəkməyi bacarsın. Yenə də şükür Allaha, öz ayaqlarım üstə durmağı bacarmışam. Mənə bir çox tanıdığım insanlar deyirdilər ki, sən qadınlığınla ayaqüstə durdun, bir çox kişilər bu cür yükün altından çıxa bilmirlər. Sənətdən də şikayət etmək istəmirəm, amma yenə də mən çox şeylərin öhdəsindən gəlmək qabiliyyətinə malikəm. Sənətdə qazandıqlarımdan da çoxuna layiqəm. Məni tanıyanlar bilir ki, sənətdə də, həyatda da çox əziyyət çəkmişəm.

- Sizcə, aktrisa tamaşaçısı ilə arasında pərdə saxlamalıdır?

- Təbii ki, saxlamalıdır. Çünki o pərdə olmasa, biz sənətçilər onların gözündə adiləşə bilərik. Amma tamaşaçılarla səmimi də olmaq lazımdır. Həddindən artıq onlardan özünü ayırmaq olmaz. Çünki onlar bizdən çox şey öyrənirlər. Biz bir növ səhnədə yaratdığımız obrazlarla onlara örnək oluruq.

- Tamaşaçılarınızı nə vaxtsa aldatmısız?


- Mən tamaşaçını aldada bilmərəm, ola bilər ki, arada nəsə olsun, onda da uzun müddət özümə gələ bilmərəm. Hətta mən seriallarda belə Rəsmiyyəlikdən çıxıram, oluram həmin obraz.

- Bəs sizi həyatda nə özünüzdən çıxara bilər?


- Məni özümdən çıxaran inandığım insanların mənə qarşı olan yalanlarıdır. Heç yalanı sevmirəm. Bir çox haqsızlıqlar da məni özümdən çıxara bilər.

- Bir müddət əvvəl bir serialda mənfi obraz yaratdınız. Hamı sizin o rolunuzdan danışırdı..


- Mənim mənfi obrazlarımı tamaşaçılarım hər zaman bəyənib. Əgər tamaşaçılar sənin gözünün içinə baxa-baxa səni təhqir edirlərsə, söyürlərsə, demək ki, mənfi obrazı yarada bilmisən.milli.a

Azərbaycanlı aktrisa: "Arif Quliyevə həyat yoldaşı gözü ilə baxa bilməzdim, çünki..."


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar