Xəbər lenti
Mehman Şükürov müşavirə keçirib - FOTOLAR
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirə altı ayın yekunlarına həsr olunub.
Manevr.az xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov müşavirəni açaraq Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi haqqında məlumat verib. Daha sonra Mehman Şükürov müəssisələrin fəaliyyəti haqqında danışıb. “Son vaxtlar qazanılan uğurlar bizdə arxayınlıq hissi yaratmamalı, məsuliyyətimizi artırmalıdır” deyən idarə rəisi müəssisələrdə aşkarlanan problemlərlə bağlı müəssisə rəhbərlərini tənqid edib. Qeyd edib ki, region şəbəkəsinə daxil olan musiqi məktəblərinin müəllimlərdən ibarət xor kollektivi, ansambllar, orkestrlər yaradılmalı və təqdimatı keçirilməlidir. Bundan əlavə, Mehman Şükürov klub müəssisələrinin və kitabxanaların rəhbərlərinə ciddi iradlarını bildirib, bütün müəssisələr üzrə regional tədbirlərin və yeni layihələrin həyata keçirilməsinin və mətbuat xidməti ilə əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Sonra idarənin rəis müavini İlham Əhmədov altı ayın yekunlarına həsr olunmuş hesabat məruzəsilə çıxış edib. Bildirib ki, hesabat dövrü ərzində region üzrə Region üzrə 250 – dən cox tədbirlər (konsertlər, anım günləri, sərgilər, şair və yazıçılarla görüşlər və s.) keçirilib. Həmçinin, Regional idarənin müəllimlərdən ibarət xalq çalğı alətləri orkestiri, Xor kollektivi, “Buta” qızlar ansamblı, “Zərif” qızlar ansamblı yaradılıb.
Hesabat dövründə keçirilən tədbirlər möhtəşəmliyi ilə ötən illərdən xüsusən fərqlənib. Beləki, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi, Silahlı Qüvvələr günü ilə bağlı şəhər və rayonlarəmızda, hərbi hissələrdə silsilə tədbirlər keçirilib.
O da qeyd olunub ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalında regional idarəsinin tabe müəssisələri fəal iştirak edir.
Daha sonra idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələri rəhbərləri çıxış edərək bildiriblər ki, qeyd olunan problemlər tez bir zamanda aradan qaldıracaq, irad və təkliflər nəzərə alınaraq yeni layihələr hazırlanıb idarəyə təqdim olunacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar