Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı məşhur vəfat etdi - FOTO

Tarix: 29-06-2018 10:31     Baxış: 4435 A- / A+
Azərbaycanlı məşhur vəfat etdi - FOTO

Tanınmış fotomüxbir və peşəkar fotoqraf, əməkdar jurnalist və əməkdar incəsənət xadimi, "Qızıl qələm" mükafatı laureatı Yaşar Xəlilov 84 yaşında vəfat edib.

Yaşar Xəlilovun yaradıcılığının və əmək fəaliyyətinin 46 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi – "Azərtac"la bağlı olub.
1934-cü il aprelin 11-də Bakıda anadan olan Yaşar Xəlilov əmək fəaliyyətinə "Azərbaycan gəncləri" qəzetinin idman şöbəsində başlayıb. Sonradan müsabiqə yolu ilə "Bakı" qəzetində işə qəbul edilib. 1959-2005-ci illərdə AZƏRTAC-da çalışıb. O vaxt təkcə Azərbaycanda deyil, SSRİ məkanında da tanınan Yaşar Xəlilov respublikamızda yeganə fotojurnalistdir ki, 5 Olimpiya Oyunlarını - Münxen, Monreal, Moskva, Los-Anceles və Seul Olimpiadalarını işıqlandırıb, fotoşəkilləri bir sıra mötəbər beynəlxalq mükafatlara layiq görülüb.

Yaşar Xəlilov Moskvada "Fotoreportaj və jurnalistika" kurslarını bitirib.

O, "Şöhrət" ordeni ilə təltif edilmiş, bir sıra fəxri adlara layiq görülmüşdü.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar