Xəbər lenti
“Şəhid adının ucalığında” adlı anım mərasimi - SUMQAYITDA/ FOTOLAR
Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar “Şəhid adının ucalığında” adlı anım mərasimi keçirilib
Manevr.az-ın məlumatına görə, Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıtın Tarixi Muzeyində Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyi ilə əlaqədar, milli ordumuzun qəhrəman döyüşçüləri – Adil və Nazim Abbasov qardaşlarının əziz xatirəsinə həsr olumuş “Şəhid adının ucalığında” adlı anım mərasimi keçirilib. Anım mərasiminə toplaşanlar ilk öncə muzeyin “Şəhidlər Qalereyası”nda nümayiş olunan sumqayıtlı şəhidlərin şəxsi arxivlərinin toplandığı daimi ekspozisiya ilə tanış olublar.
Tədbirə dəvət almış şəhid qardaşların ailə üzvləri - Rasim Abbasov, Təranə Abbasova, yaxın qohumları –Azərbaycanın Milli qəhrəmanı Bəhruz Mansurovun qardaşı
polkovnik Bəhram Mansurov, Şahin Rəsulov, Sakit Abuşovun çıxışları Adil və Nazim qardaşlarının çoxlarına örnək olacaq həyat yolunu işıqlandırıb, C.Cabbarlı adına
Mədəniyyət Evinin “bədii qiraət” dərnəyi üzvləri Şəms, Səbinə Ağakişiyevaların, Mirzə Gəncəliyevin ifasında səslənən şerlər mövzu ilə harmoniya yaradıb.
Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə çıxış edərək
tədbirin məqsədi, gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində bu kimi tədbirlərin əhəmiyyətindən danışıblar.
Tədbirdə bir əsrlik tarixi keçmişi olan Azərbaycan Milli Ordusunun şərəfli döyüş yolu, son illər qazandığı uğurlar - qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri, azad
olunmuş Cəbrayılın Cocuq Mərcanlı, Naxçıvanın Günnüt kəndləri haqqında məlumat verilib.
Tədbir Milli Ordumuzun yaranması və bugünkü tarixini əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar