Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi – FOTOLAR

Tarix: 22-06-2018 23:52     Baxış: 2551 A- / A+
Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi


İyunun 21- də Beynəlxalq Muğam Mərkəzində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri “Vətənimizi sevirik” adlı geniş konsert proqramı ilə çıxış ediblər.

Manevr.az xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində reallaşıb.
“Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçib: Azərbaycan və Fransız musiqisi axşamı, G. Figeyredonun “Ezop” tamaşası, M.F. Axundzadənin “Hekayəti Müsyo Jordan Həkimi-nəbatat və Dərviş Məstəli Şah Caduküni Məşhur” və “Sərgüzəşti vəziri xani Lənkəran” tamaşaları, Etüd müsabiqəsi, Beynəlxalq qadınlar gününə , Novruz bayramına həsr olunmuş konsertlər, bəstəkar Elza İbrahimovaya həsr olunmuş gecə, aşıq musiqisi konserti və digər maraqlı tədbirlər.

Əməkdar artist Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə keçən konsertdə Sevinc Abidinova, Rəvan Əlvanoğlu, Məftun Səfərli, Anar Əliyev, Məharət Habiloğlu və Suma Tapdıqova muğamlar və Azərbaycan xalq mahnılarını ifa ediblər.
Gecədə Əməkdar artist bədii qiraət ustası Azad Şükürov ifasında Abbas Səhətin, Zəlimxan Yaqubun, Kərim Kərimlinin, Ramiz Qusarçaylının, Sabir Rüstəmxanlının, Eldar İsmayılovun, Ejdər Olun, Məhəmmədhüseyn Şəhriyarın şerləri səslənib.
Həmçinin ifaçıları tarda Vüsal Qasımov, kamançada Cahandar Mikayılov,qanunda Eyvazova-Nəsibova Gülşən, nağarada Soltan Hacıyev, balabanda Adil Müslümov, udda Vüqar Əhmədov müşayiət edirdilər. /turkustan.info/

Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi
Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi
Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi

Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi
Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi
Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi
Cümhuriyyətin 100 illiyi münasibətilə Muğam Mərkəzində konsert keçirilidi

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar