Xəbər lenti
Xalq artisti direktor vəzifəsindən BU SƏBƏBƏ GÖRƏ ÇIXIB: "Həmin şəxslə..."
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.
Ölkə.az-ın yazıdığına görə, sənətçinin bu qərarına səbəb şəhərin rəhbər şəxslərindən biriylə münasibətlərinin gərginləşməsi olub. İddia olunur ki, Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz etdiyi üçün sözügedən məmurla mübahisə edib. Məhz bu hadisədən sonra Xalq artisti vəzifəsindən istefa verib.
Manevr.az bildirir ki, publika.az məsələ ilə bağlı sənətçinin fikirlərini öyrənib. Samir Cəfərov bildirib ki, heç bir məmurla mübahisə etməyib:
"Bir ilə yaxın Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışdım. Bu müddət ərzində əlavə ansambl yaratdım, festivallar və bir sıra tədbirlər həyata keçirdim. Lakin filarmoniyadakı işlərdən dolayı şəxsi yaradıcılığım ikinci plana keçmişdi. İstefaya səbəb kimi də onu göstərmişəm ki, işlərimlə məşğul ola bilmirəm. Ailəm Bakıda, mən Gəncədə qalırdım. Yaşamaq üçün şərait, ev yox idi. Odur ki, istefa verməli oldum. Başqa heç bir hadisə baş verməyib, nə də ki, kiminləsə aramızda intriqa olmayıb. Həmin şəxslə də aramız çox yaxşıdır, mənimlə həmişə dost kimi davranıb".
Opera sənətçisi yaradıcılıq planlarından da danışıb:
"Türkiyədə iki opera ilə bağlı dəvət almışam. Bu yaxınlarda da İtaliyadan məşhur dirijor gəlmişdi. O, iki opera istəyib. Yanvar ayına qədər onları hazırlayıb çatdırmalıyam".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar