Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib

Tarix: 26-05-2018 12:11     Baxış: 3397 A- / A+
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə mayın 22-də Xırdalandakı Mədəniyyət Mərkəzində konsert proqramı keçirilib.

Manevr.az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kollektivi, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 1918-ci il mayın 28-də Cümhuriyyətin qurucuları İstiqlal Bəyannaməsini elan etməklə müsəlman Şərqində ilk respublikanı yaratdılar. Cümhuriyyət mövcud olduğu 23 aylıq qısa müddətdə Azərbaycanın gələcək müstəqilliyi mükəmməl hüquqi, demokratik dövlətçilik ənənələri formalaşdırdı. Sovet dövründə Cümhuriyyətin tarixinin təhrif edilməsinə cəhd göstərilsə də 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin dərindən tədqiqinə başlanılıb, arxiv materialları üzə çıxarılıb. 1998-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yubileyi ilə bağlı imzaladığı Sərəncam bu prosesə mühüm təkan verib.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilən film nümayiş olunub.

Bayram tədbirinə Xalq Artisti, dünya şöhrətli sənətkar Alim Qasımov və qızı Fərqanə Qasımova, muğam ifaçısı, Əməkdar artistlər Ehtiram Hüseynov və Təyyar Bayramov, “Xalq ulduzu” mahnı yarışmasının qalibi Tural Salmanov, Səməd Xasıyev və digər müğənnilər maraqlı konsert proqramı ilə çıxış ediblər. İfaçıları Sumqayıt Regional Mədəniyyət idarəsinin Xalq Çalğı Alətləri Orkestri müşayiət edib. Orkestrin dirijoru Əməkdar Mədəniyyət İşçisi Vaqif Süleymanov, xor kollektivinin dirijoru isə Firəngiz Xəlilova olublar.

Maraqlı konsert proqramı abşeronlu tamaşaçılara xoş ovqat bəxş edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri abşeronlular üçün konsert verib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar