Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Laçın rayon MKS-də X Kitab bayramı keçirilmişdir

Tarix: 24-05-2018 22:47     Baxış: 2703 A- / A+
Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Laçın rayon MKS-də X Kitab bayramı keçirilmişdir


Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ənənəvi X Kitab bayramı keçirilmişdir
Tədbiri Laçın Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Ofeliya Şükürova açaraq “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında iştirakçılara geniş məlumat vermiş, Azərbaycan mədəniyyətinə xüsusən kitabxana-informasiya sahəsinə göstərilən dövlət qayğısından danışaraq Mədəniyyət Nazirliyinin və Laçın Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə ilboyu keçirilmiş tədbirlərdən ətraflı məlumat vermişdir. O, həmçinin tədbirlər planının icrasından söz açaraq Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun kənd filialları tərəfindən kitab sərgiləri təşkil olunduğunu, oxucu konfransları, kitab müzakirələri, müxtəlif görüşlər, tematik gecələr, ziyalılar və müharibə veteranları ilə görüşlər keçirildiyi barədə də ətraflı məlumat vermişdir. 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar “Şəhidlik zirvəsi” adlı ədəbi bədii kompozisiya, Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı “Əsrin faciəsi” adlı tədbir, 8 mart - beynəlxalq qadınlar bayramı münasibətilə “Ömrümüzün bəzəyi, başımızın tacı qadınlar” adlı tədbir keçirilməsini xüsusi ilə qeyd etmişdir. Bundan əlavə Laçın rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə təntənəli tədbirlər keçirildiyi bildirilmişdir.
Kitab bayramında çıxış edən digər kitab sevərlər tərəfindən müasir texnologiyaların və informasiyanın geniş yayılmasına baxmayaraq, bədii ədəbiyyata rayon sakinlərinin böyük marağının olduğu qeyd olunmuş, belə tədbirlərin keçirilməsinin gənc nəslin kitaba marağının yönəldilməsində böyük rolu olduğu bildirilmişdir.
Tədbirdə rayon məktəbliləri vətənpərvərlik ruhunda şerlər söyləmiş, təşkil edilmiş konsertdə rəngarəng musiqi nömrələri tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratmışdır. Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin ən fəal oxucularına isə Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar