Xəbər lenti
“Üzümə elə sözlər dedilər ki, ərimə zəng vurdum…” – Əməkdar artist
“Aktyorlar, aktrisalar çox kövrək olurlar, hər şey xətirlərinə dəyir. Mən də bir çoxlarından incimişəm. Qəlbim küsüb, ad çəkmək istəmirəm. Sənətçilərin nazı ilə oynamaq lazımdır. Mən öləndən sonra da deyəcəklər ki, heyf, zamanında Naibədən istifadə edə bilmədik”.
Bu sözləri musavat.com-a açıqlamasında Əməkdar artist Naibə Allahverdiyeva deyib.
Bir müddət öncə səhhətində problemlər olan aktrisa hazırda özünü yaxşı hiss etdiyini bildirib: “Səhhətimlə bağlı çox söz-söhbətlər oldu. Biri dedi Naibə ölüb, biri dedi dəli olub. İndi yaxşıyam. Biz sənət adamları həmişə depressiyadayıq. Bizə həssas yanaşın. Biz müxtəlif obrazlar yaradırıq. Onların həyəcanına, kədərinə ortaq oluruq. Ona görə qəlbimiz qırıq, özümüz həssas oluruq. Şükür Allaha, hazırda özümü yaxşı hiss edirəm”.
Əməkdar artist ailə həyatından da danışıb: “Şəxsi həyat mənə məxsusdur. Hər kəsin həyatında problemlər olur. Keçən dəfə bibimoğlugilə getmişdim. Qonşuları üzümə elə sözlər dedilər ki, şoka düşdüm. Ailəmiz haqqında çoxlu şayiələr yayırlar. Guya, yoldaşım məni atıb qaçıb. Mən də yoldaşıma zəng etdim. Dedim ki, Yusif, deyirlər, məni atıb getmisən. Dedi ki, sən məni tərk etmə, mən heç vaxt səni qoyub, getmərəm”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar