Xəbər lenti
Azərbaycanda general vəfat etdi

Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş hakimi, Ədliyyə general-mayoru Oqtay Maqsud oğlu Maqsudov vəfat edib.
Əməkdar hüquqşünas olan Oqtay Maqsudov 81 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Oqtay Maqsud oğlu Maqsudov 31 oktyabr 1937-ci ildə Göyçay şəhərində görkəmli ziyali Maqsud Maqsudovun ailəsində anadan olub. Oqtay Maqsudov 1954-cü ildə orta məktəbi bitirib, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla Azərbaycan Respublikasi Ali Məhkəməsinə göndərilib. Azərbaycan və rus dillərini mükəmməl bilən Oqtay Maqsudov Ali Məhkəmədə tərcüməçi vəzifəsinə işə qəbul edilib.
1964-cu ildə prokurorluq sisteminə qəbul olunan O. Maqsudov Xətai rayon prokurorluğunun müstəntiqi təyin olunub. 1966-cı ildən 1973-cü ilədək Azərbaycan Respublikasi Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində məsləhətçi, daha sonra baş məsləhətçi vəzifələrində çalışıb.
1973-1984-cü illərdə isə Əzizbəyov rayonu Xalq Məhkəməsinin hakimi, Xalq Məhkəməsinin sədri vəzifələrində işləyib. 1984-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə uzv seçilib. 1994-cü ilin iyulunda Ali Məhkəmənin növbədənkənar Plenumunun qərarı ilə ona hərbi kollegiyanın sədri vəzifəsinin icrası tapşırılıb. 12 sentyabr 1995-ci ildə AR Ali Məhkəməsinin sədr müavini, hərbi kollegiyanin sədri vəzifəsinə seçilib.
2000-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyib. 2010-cu il iyulun 2-də Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq təntənəli təqaüdə yola salınıb. Əməkdar hüquqşünas olub. 1984-cü ildə əməkdə fərqlənməyə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Fəxri Fərman”la təltif olunub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Oqtay Maqsudova Ədliyyə general-mayoru rütbəsi verilib.(ölkə.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar