Xəbər lenti
Ağcabədi Regional Mədəniyyət İdarəsinin Regional Müşavirəsi keçirildi

Ağcabədi rayon Tarix-Diyarşünsalıq muzeyində Ağcabədi Regional Mədəniyyət İdarəsinin, 2018-ci ildə ötən 4 ayı ərzində görülmüş işlər və qarşıda duran məsələlər barədə Regional Müşavirəsi keçirilmişdir. Müşavirdə regional idarənin əldə etdiyi nəticələr təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub. Regional İdarənin rəisi Rza Quluyev müşavirəni açaraq regionda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər haqqında çıxış edib. Sonra hesabatla bağlı İdarənin məsləhətçiləri Azər Əliyev, Rza Nizamı, Ədil Həsənov, Regiona daxil olan (Ağdam, Laçın) rayonlarının nümayəndələri çıxış etdilər . Struktura daxil olan bütün mədəniyyət müəssisələrinin rəhbərlərinin iştirak etdikləri iclasda Heydər Əliyev Mərkəzinin, uşaq musiqi və incəsənət məktəbləri və mədəniyyət mərkəzinin, mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları çıxış edərək hesabat dövründə əldə olunan nailiyyətlər, yol verilən nöqsanlar, mövcud problemlər haqqında məlumatlar vermişlər. Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi barədə fikirlərini bildiriblər.Sonda rəis yerlərdə mədəni xidmətlərin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırıb. Müəssisə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri üçün tapşırıqlar verib.





Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar