Xəbər lenti
Ağcabədi rayon Hindarx qəsəbəsində "Azərbaycan Xalq Cümhuriyyəti 100" başlıqlı tədbir keçirilib

Bu gün Ağcabədi rayon Hindarx qəsəbə kitabxanası və klubları birlikdə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamının icrası məqsədilə “Azərbaycan Xalq Cümhuriyyəti 100” başlığı altında tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan Hindarx qəsəbə kitabxanasının müdiri Vəsilə Məmmədova bildirmişdir ki, tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, N. Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq, milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər.
Ağcabədi Regiona Mədəniyyət İdarəsinin məsləhətçisi Ədil Həsənov çıxışında iştirakçıların nəzərinə çatdırmişdır ki, Şərq dünyasında demokratiyanın banisi olan Məhəmməd Əmin Rəsulzadə bu gün bizə bunu tapşırır: «Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq, bir daha enməz! Onu səmada dalğalandırmaq sənin müqəddəs borcundur».
Gəlin bu borcumuzu layiqincə ödəyək.
Digər çıxış edənlər qəsəbə icra nümayəndəsi Akif Qasımov, bələdiyyə sədri Təvəkkül Abbasov , klub müdirləri Gülsarə Süleymanova, Çimnaz Ağayeva, Şəlalə Cəfərova və digər çıxış edənlər hər biri Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dərslərindən ətraflı məlumat verdilər.
Tədbirin sonunda məktəblilərin ifasında Xalq Cümhuriyyətinə həsr edilmiş şerlər səsləndirildi.







Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar