Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt şəhər Səhiyyə şöbəsindən televiziya jurnalistinə qarşı hörmətsizlik - FOTO

Tarix: 24-04-2018 17:24     Baxış: 3677 A- / A+
Sumqayıt şəhər Səhiyyə şöbəsindən televiziya jurnalistinə qarşı hörmətsizlik - FOTO

Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Əqidəsindən, siyasi mövqeyindən asılı olmayaraq hər bir KİV və jurnalistin hüquqları dövlət tərəfindən qorunur.

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.

Nədənsə, bəzi qurumlarmı deyim, məmurlarmı deyim ölkə başçısının bu əhəmiyyətli sözlərinə məhəl qoymur ki, qoymur.

Məhz bu əsaslı, ədalətli fikilərinə görə, ötən Prezident İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı adı verilib.

Keçək əsas mətləbə. Sumqayıt şəhər Səhiyyə şöbəsinin jurnalistlərə qarşı hörmətliyi, ehtiramsızlığı hər kəsə məlumdur.

Mən hər zaman müstəqil jurnalist olaraq neqativ yazıları qələmə almaqdan yan keçmişəm, əgər vadar etməsələr. Əvvəllər çox rahat şəkildə hər hansı bir həkimdən istənilən mövzuda rahat şəkildə müsahibə götürə bilirdiksə, bu gün qeyd etdiyim məsələni hədsiz qəlizləşdiriblər.

Deməli, bu gün mənə həkim-terapevt lazım idi ki, günün aktual mövzusu olan qidalanma ilə bağlı müsahibə alım. Bununla bəlkə insanlara düzgün şəkildə qidalanmaları üçün təbliğ etmək, xeyir verməkdir. Amma buna imkan versələr, kömək etsələr. Qeyd etdiyim mövzuyla bağlı zəng etdim Sumqayıt şəhər Səhiyyə şöbəsinə. Maraqlı dialoq başlayır.

-Salam, ..... müəllim mən İnterAz televiziyasının əməkdaşı Səbuhi Vaqifoğlu (öncədən tanışlığımız vardı, hətta telefon nömrəmi də qeyd edib) mənə bir terapevt-həkim kimi məsləhət bilirsinizsə, yönəldin müsahibə almaq istəyirəm.

-Mən, müdirə məlumat verim, yığıram

-Yaxşı

Bir neçə saat keçir və həmin şəxs yığır

-Siz müsahibə almaq üçün ya yerli icra orqanı, ya da Səhiyyə Nazirliyindən razılıq almalısız.

Mən Səhiyyə Nazirliyinin, eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən icazə aldım və zəng etdim həmin müəllimə. Dəfələrlə yığandan sonra telefonumu açdı və nömrə verərək bildirdi ki, həmin nömrə ilə əlaqə saxlayım, bəs xanım götürəcək, deyərsən səni Səhiyyə şöbəsinin müdiri Nəriman müəllimlə yönləndirəcək. Dediyi kimi, etdim, Səhiyyə şöbəsinə yığdım

-Salam xanım, mən jurnalistəm .... müəllimlə danışdım sizə yönləndirdi ki, Nəriman müəllimlə deyəsiz köməklik göstərilsin mənə.

Səhiyyə şöbəsinin müdirinin səsini esidirəm, deyir .... müəllimə zəng vursun, onunla danışsın.

Bir sözlə, qaçdı-tutdu...

P.S.Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevin bir dəfə də qəbuluna getmişdim. Otaqda idi, məni bir neçə saat gözlətdi, lakin qəbul etmədi. Mən dəfələrlə təkid etsəm də bəs bundan əvvəlki rəisin qəbuluna çox rahat girirdik, rahat bizi dinləyirdi, hörmətlə qarşılayıb, hörmətlə yola salırdı, katibə xanım dedi, işi var...

Nəriman müəllimdən son istəyim odur ki, ölkə başçısının jurnalistlərə hörmətindən, davranışından nümunə götürsün. Əks halda, əgər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərin dostu seçildisə, siz Nəriman müəllim jurnalistlərin düşməni adına layiq görülərsiz.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Sumqayıt şəhər Səhiyyə şöbəsindən televiziya jurnalistinə qarşı hörmətsizlik - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar