Xəbər lenti
31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəsisələrdə 31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. 29 mart 2018-ci il tarixdə Ağcabədi rayon Mərkəzi kitabxanası ərazidə yerləşən "N" saylı Hərbi hissədə "Keçmiş unudulmayanda tarixə dönür" başlığı altında anım tədbiri keçirmiş və sərgi təşkil olunmuşdur.. Əvvəlcə Soyqırım şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edsilmişdir. Sonra MKS-in direktor müavini Təranə Məmmədova 31 mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Tarixdə çox döyüşlər, müharibələr olmuşdur.Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olub.Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir.Ən pisi də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir. Dünya ictimaiyyətini çaş-baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar” kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır.”Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmiş, bu gün də getməkdədir.. Tədbirdə Hərbi hissənin bir neçə əsgəri mövzu üzrə çıxış etmişdir və əsgərlərimizdən biri Məmməd Arazın "Ayağa dur Azərbaycan!!!" şerini uca səslə ifa etmişdir. İfanın sonunda vətən uğrunda son damla qanlarına kimi vuruşmağa hazır olduqlarını bildirmişdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar