Xəbər lenti
İsmayıllıda kitab təqdimatı keçirilib

İsmayıllı rayon Uşaq Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqənin qalibi olmuş “Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin “Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri beynəlxalq təşkilatlar müstəvisində” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlərin, təhsil, səhiyyə və mədəniyət işçilərinin 60-a yaxın nümayəndəsi, RİH hüquq şöbəsinin müdiri X.Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini M.Məhərrəmov iştirak ediblər.
“Xəzər-Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İB-nin sədri, professor Rüstəm Məmmədov kitabın məziyyətləri haqqında ətraflı məlumat verib. RİH-nin məsul işçisi M.Məhərrəmov, Qaçkınkomun rayon nümayəndəsi T.Əliyev, RMX baş həkiminin müavini İ.İsmayılov, şəhər 5 saylı tam orta məktəbin müəllimi Ş.Hacıyev çıxış edərək kitabın geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanacağını bildirib, müəlliflərə minnətdarlıq ifadə ediblər. Sonda tədbir iştirakçılarına, şəhər, kənd və məktəb kitabxanalarına yeni nəşr paylanıb.
Elnarə Günəş, Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar