Xəbər lenti
Azərbaycan Xalq Cümhuriyyətinin 100 lliyi ilə əlaqədar tədbir keçirilib- FOTOLAR
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbi tərəfindən növbəti layihəyə start verilib
Manevr.az-ın verdiyi xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 lliyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xalq çalğı alətləri
orkestri və xorunun Sumqayıt şəhərində “Milli naxışlar” adlı kompozisiya-konserti keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim İkram Manafov layihə haqqında ətraflı məlumat verərək bildirib ki, təqdim olunan konsert proqramı bu il ərzində bütün regionlarda, hətta qardaş Türkiyə və Gürcüstan respublikalarında dinləyicilərə təqdim olunacaq.
Konsertdə solistlər: Alagöz Səmədova, Sevinc Quliyeva (qanun), Niyaməddin Allahverdiyev (kamança), Bagir Babayev (tar), Sarvan Şirinov, Elşən Hüseynov (nağara), Nəsib Həsənov, Sahil Qurbanov (saz), Nicat Məsimov, Atlas Mehdiyeva, Səkinə Qasımova, Həsən Quliyevin (xanəndə) ifasında korifey bəstəkarlar Üzeyir
Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Şəfiqə Axundovanın əsərləri, eləcə də, muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda çıxış edən Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov belə tədbirlərin keçirilməsinin böyüməkdə olan gənc nəslin təlimtərbiyəsində, bədii-estetik zövqünün formalaşmasında, dünyagörüşündə xüsusi əhəmiyyət kəsb etdiyini və tədbirdən məmnun qaıdığını bildirərək məktəb kollektivinə gələcək işlərində yeni nailiyyətlər arzulayıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar