Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın tanınmış bəstəkarı dünyasını dəyişdi

Tarix: 02-03-2018 22:38     Baxış: 3462 A- / A+
Azərbaycanın tanınmış bəstəkarı dünyasını dəyişdi

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər bu gün axşam saatlarında dünyasını dəyişib.

Bu barədə deputat Aydın Mirzəzadə məlumat verib.

Həmçinin, bir neçə nüfuzlu şəxs də sosial şəbəkə hesabları vasitəsilə bəstəkarın ölümü barəsində ictimaiyyəti məlumatlandırıblar.

Qeyd edək ki, 72 yaşlı bəstəkar uzun müddət idi ki, beyin insultundan əziyyət çəkirdi. Mərhum sabah Yasamal qəbiristanlığında dəfn olunacaq.

Mərhum bəstəkar 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.

Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür. Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.\publika.az\

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar