Xəbər lenti
Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib - FOTOLAR
Manevr.az-ın verdiyi xəbərə görə, Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı, mədəniyyət müəssisələrinin iştirakı ilə Xızı rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Xızı rayon nümayəndəliyinin Baş Məsləhətçisi Möhsün Bağırov açaraq faciənin tarixi və təfərrüatı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə mədəniyyət müəssisələri kollektivlərinin ifasında kompozisiyalar, Xocalı faciəsi haqqında foto və video slaydlar nümayiş olunub, qurbanlarının xatirəsinə həsr olunmuş film təqdim olunub.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qubadlı rayon nümayəndəliyində Qubadlı rayon və Mahmudlu kənd Mədəniyyət evlərinin birgə əməkdaşlığı ilə keçirilən tədbirdə Xocalı faciəsi haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Sonra Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub. Daha sonra Xocalı faciəsinin canlı şahidlərinin faciə haqqında xatirələrindən ibarət video-çarx izlənilib.
Qubadlı rayon F. Hüseynov adına Mahmudlu kənd Uşaq musiqi məktəbində də Xocalı soyqırımı qurbanları anılıb. Tədbirdə məktəbin xanəndə müəllimi Turanə Tarverdiyevanın ifasında “Xocalı”, Məzahir Məmmədovun ifasında “Bəstə Nigar”, Əfruz Atakişiyevanın ifasında “Qalx ayağa xilas edək vətəni” mahnıları, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnı və şeirlər dinlənilib.
Sumqayıt şəhər Folklor klubunda “Xocalı Qan Yaddaşımız” adlı tədbir keçirilib. Tədbirdə klubun özfəaliyyət kollektivlərinin üzvlərinin ifasında ədəbi-bədii kompozisiya göstərilib, muğam parçaları ifa olunub. Sonra qiraət dərnəyinin üzvlərinin ifasında şeirlər dinlənilib.
Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin müəllim və şagirdləri «Xocalıya ədalət» adlı ədəbi - bədii kompozisiya ilə çıxış ediblər. Tədbirdə həmçinin, məktəbin təsviri incəsənət şöbəsinin şagirdlərinin faciə qurbanlarının xatirəsinə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub.
Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində keçirilən tədbiri giriş sözü ilə MKS-nin direktoru Gülsarə Abbasova açıb. Tədbirdə şair, publisist Mirkazım Seyidov Xocalı soyqrımına həsr etdiyi kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Xocalının işğalı zamanı polis rəisi olmuş polkovnik Sabir Məmmədov işlədiyi dövrdə Xocalı polislərinin ağır müharibə şəraitindəki fəaliyyətindən, Xocalıda həyat yoldaşını, qohumlarını itirmiş şəhid ailəsi Güllü Quliyeva, şəhid bacısı Rübabə Abışova erməni vəhşiliyindən, başlarına gələn müsibətlərdən danışıblar. Daha sonra Şuşa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüsalə Fətəliyeva və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa rayonu üzrə nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasovun çıxışları dinlənilib. Sonda kitabxananın fəal oxucuları Xatirə Abışova, Könül Məmmədova, Gülay Həsənzadə, Ayişə Məmmədova Xocalıya aid şerlər söyləyiblər.
Zəngilan rayon MKS-in Mərkəzi Kitabxanasında keçirilən tədbirdə MKS-in direktoru Məhruzə Cəfərova və xidmət şöbəsinin müdiri Nəzakət Mahmudovanın “Xocalı soyqırımı–XX əsrin faciəsi” mövzusunda çıxışları dinlənilib. Tədbirdə kitabxananın oxucuları Lalə Abdullayeva, Fidan Qəniyeva, Elşad Zahidov, Fuad Mahmudlu və digərlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər dinlənilib. Sonda Xocalı faciəsini özündə əks etdirən ədəbiyyatlardan və dövrü mətbuat materiallarından ibarət “Xocalı fəryadı” adlı sərgi nümayiş olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar