Xəbər lenti
"Xəcalət" bu dəfə yeni quruluşda, yeni məkanda...
Ağdam Dövlət Dram Teatrı yeni premyera ərəfəsindədir.Beləliklə teatr bu dəfə öz tamaşaçılarının və teatrsevərlərin qarşısına teatrın qurluşçu rejissoru Səbuhi (Əsədsoy) Əhmədovun quruluşunda yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Xəcalət" dramı ilə çıxacaqdır.
Tamaşa hər bir Azərbaycan vətəndaşının qan yaddaşına dönən Xocalı faciəsinin 26 cı ildönümü münasibətilə -26 fevral tarixində tamaşaçılara təqdim olunacaqdır.
Dram əsəri 26 il bundan əvvəl ermənilər tərəfindən Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən sonra, öz isti yurd-yuvalarından didərgin düşərək Bakıda inşası yarımçıq qalmış ( köhnə ) xəstəxana binasına sığınan bir köçkün ailəsindən bəhs edir.Müharibənin insan həyatında buraxdığı izlər,işğalın insan təfəkküründə yaratdığı fəsadlar, köçkün insanların cəmiyyətə adaptasiyası, yaşamaq, bütün natamamlıqlara baxmayaraq,yaşamaq,eyni zamanda doğma yurd-yuvalarına dönəcəklərinə qətiyyətlə inanaraq "Nə qədər ki, Qarabağı azad etməmişik, bizim ölməyə haqqımız yoxdur" ümidi və bu ümidin heç vaxt itməməsi, dilimizdə şüara dönməsi əsərin-tamaşanın əsas sujet xəttini təşkil edir.
Tamaşada teatrın istedadlı aktyorları S.Quliyev (Vətən), X.Xudadatova (Fərqanə), Ü.Əhədova (Gülyaz), N.Ələkbərov (Murad), C.Bayramov (Kürən) və F.Fərhadzadə (Həkim) iştirak edirlər.
Tamaşanın rəssamı E.Balakişiyev, musiqi tərtibatı A.Şükürov, rejissor assistenti C.Yusifovdur
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar