Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Daşaltı əməliyyatı və Vertalyot qurbanlarının xatirəsi anılıb -Fotolar

Tarix: 29-01-2018 21:59     Baxış: 3525 A- / A+
Daşaltı əməliyyatı və Vertalyot qurbanlarının xatirəsi anılıb

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 1992-ci il 26 yanvar-Daşaltı əməliyyatı və 28 yanvar Vertalyot qurbanlarının xatirəsi anılıb

Manevr.az-ın verdiyi xəbərə görə, Şuşa şəhər MKS-də keçirilən görüşü giriş sözü ilə Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova açıb və şəhidlərin xatirəsi yad edilib. Sonra tədbirdə mövzu ilə əlaqədar Şuşa rayon İcra Hakimiyyəti başçısının müavinləri Əkbər Hacıyev və Vüsalə Fətəliyevanın, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Zahid Abbasovun, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyevin çıxışları dinlənilib.

Daha sonra şəhidlərin ailə üzvləri Cahid Ələkbərov, Nazilə Əzizova, Ürfanə Məhərrəmova, Aybəniz İsmayılova həlak olmuş əzizləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Sonda kitabxananın fəal oxucuları Könül Ələkbərova, Gülay Həsənzadə, Aygül İbrahimova və Təhminə Abdullayeva şəhdlərə həsr olunmuş şeirlər söyləyiblər.

Xatırladaq ki, Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyat 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Daşaltı əməliyyatı və Vertalyot qurbanlarının xatirəsi anılıb
Daşaltı əməliyyatı və Vertalyot qurbanlarının xatirəsi anılıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar